Telefonun icad edilməsinin arxasında duran 2 qadın - Qayınana və gəlin


Alexander Graham Bell (1847-1922) telefon ixtiraçısı olaraq bilinir.

telefonun-icad-edilmesinin-arxasinda-duran-2-qadin
05.03.2020 22:48 1 dəq oxuma

Həyatındakı iki eşitmə qüsurlu qadın Bellin telefonu icad etməsində və məşhur olmasında böyük rolu olub.

Belə ki Bellin səs və akustikaya olan marağı anasıyla başlamışdır. Bellin anası o hələ 12 yaşında olarkən eşitmə qabiliyyətini itirməyə başlayıb. Bell bundan çox təsirlənib və anasına səsini eşitdirmək üçün təcrübələr aparıb. Daha sonra eşitmə qüsurlular üçün məktəb açan Bell orda çoxlu sayda şagirdə dərs verib. Həmin məktəbdə tanış olduğu eşitmə qüsurlu tələbəsi Mabel Hubbard ilə evlənib. Bellin ixtirasının tanınmasında Mabelin rolu böyükdür.

1876-cı ildə Bell hələ telefonu yeni icad etdiyi zaman tələbə idi. Dərs və imtahanlarının çoxluğundan həmin il Filadelfiyada keçiriləcək patent sərgisində iştirak etməyə vaxtı olmur və ora getməyi düşünmür. Ancaq həyat yoldaşı ondan gizlin bilet alır, çantasını hazırlayır və xəbərsiz şəkildə onu Boston stansiyasına aparır. Orada Belli məcburi qatara mindirib sərgiyə yola salır. Bu sərgidə iştirakından sonra telefon böyük uğur qazanır və Bell qısa müddət ərzində zəngin olur.

Bell 2 avqust 1922-ci ildə gecə 2 radələrində xanımının qollarından dünyasını dəyişib. Xanımı “xahiş edirəm, məni tək qoyma” deyə ona yalvarıb. Bell isə “xeyir” mənasında başını tərpədərək vəfat edib. Belin xanımı da ərindən bir il sonra dünyasını dəyişib. Külləri Bellin ölümünün ildönümündə və həmin saatda Bellin məzarına səpilib.

Firuzə Alimova / TurpKimi.com