Televizor qarşısında vaxt keçirən uşaqlar xoşbəxt olmur


Uşaqların ekran qarşısında keçirdikləri müddət artdıqca onlar sıxıcı bir dövr keçirirlər

televizor-qarsisinda-vaxt-keciren-usaqlar-xosbext-olmur
12.03.2019 02:35 1 dəq oxuma

Bu gün uşaqların yeganə əyləncəsi demək olar ki, televizordu. Uzun müddət, saatlarla televizor qarşısında vaxt keçirən uşaqlar, xüsusilə də yetişkinlik dövründə olan yeniyetmələr özlərini xoşbəxt hiss etmirlər.

Məktəbdən evə gələn uşaq bəzən əynini dəyişdirmədən televizorun idarəetməsini əlinə alaraq onun qarşısına keçir.

Sevdiyi serial, cizgi filmlərini seyr edərək vaxt keçirən uşaqlar bu müddət ərzində dərslərini etməyi də unudur və tənbəlləşirlər.

Gerçək olmayan bir dünyanın təqdim edildiyi, insanların xoşbəxt olduqlarını göstərən televizorda saxta həyat görüntüləri yer almaqdadır. Baxanlar da deyir ki, “insanlar necə həyat yaşayır?!”. Yəni nə qədər ekran qarşısında oturub baxılsa, insan özünü bir o qədər tənha və bədbəxt hiss edəcək.

Bir uşaq isə nəyə çox bağlanarsa, həmin şey nə olursa-olsun onun olmalıdır. Bu isə onun dünyada mübarizə aparacağı gücdür. Lakin uşağın şəxsiyyəti formalaşdıqca, o, ekrandan və asılılıqdan uzaqlaşır, real həyata qədəm qoyur. Onun üçün də uşağın idman və könüllü fəaliyyətlə məşğul olması çox vacibdir. Dostları ilə birlikdə hazırlayacaqları layihələr də, həmçinin çox əhəmiyyətlidir.

Firuzə Alimova / TurpKimi.com