Temperatur dəyişir - 25 iyunun havası


Sabahdan havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.

temperatur-deyisir
24.06.2020 21:23 2 dəq oxuma

Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Sabah külək güclənəcək

 

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 25-26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

TurpKimi.com