“Temperatur ölçən cihazların xeyirdən çox zərəri var” - Professor


Türkiyəli professor Mehmet Ceyhan...

temperatur-o-lc-en-cihazlarin-xeyirden-c-ox-zereri-var
12.10.2020 22:43 1 dəq oxuma

Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində qapalı məkanlara daxil olanda vətəndaşların temperaturu ölçülür.

Çünki qəbul olunan prinsiplərə görə, koronavirusun ilk əlamətlərindən biri yüksək hərarətdir.

TurpKimi.com Bizimyol.info-ya istinadla xəbər verir ki, türkiyəli professor Mehmet Ceyhan “Habertürk”ə müsahibəsində qızdırma ölçməklə bağlı tədbirlərin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, temperatur ölçən cihazların xeyirdən çox zərəri var.

“Hər yerə gedəndə əvvəlcə bunu edirlər. Çox məqalələr yazılıb. Sübut olunub ki. səhv addımdır. Çinin ortaya qoyduğu bəzi tədbirlər qüsurludur. Əvvəlcə dedilər ki, pasiyentlərin 70 faizində qızdırma olur. Amma indi məlum olur ki, xəstələrin yalnız 10 faizində yüksək temperatur müşahidə edilir. Biz hələ də köhnə iddialara uyğun davranırıq. Temperatur ölçən cihazların zərəri ondadır ki, məsafə qorunmur, növbələr yaranır. Məsələn, Rusiyaya baxın. Virusa yoluxanların sayı kəskin azalmışdı. Maska taxılmasını azaltdılar, sosial məsafəni gözləmədilər. İndi bir gündə 13 min yoluxma qeydə alınır”.

Mehmet Ceyhan deyib ki, yalnız cəmiyyətin daha məsuliyyətli davranması xəstəliyə qalib gəlməyə şərait yarada bilər.

TurpKimi.com