Təravih namazı üçün necə niyyət edilir?


Allah bütün dua və niyyətlərinizi qəbul etsin, Amin!

teravih-namazi-ucun-nece-niyyet-edilir
10.04.2021 02:25 1 dəq oxuma

11 ayın sultanı Ramazan ayının gəlişi ilə birlikdə insanları ən çox maraqlandıran sualdır. Çünki islam aləmi üçün vacib və mübarək olan bu ayda koronavirusdan dolayı məscidlərdə təravih namazı qılınmayacaq.

TurpKimi.com bildirir ki, evdə təravih namazı üçün niyyət gecəsi bir çox təqvimdə 12 aprel gecəsinə düşür (Azərbaycanda 13 aprel gecəsi...).

Əvvəlcə “Əuzü Bilmillah...” bəsmələsi çəkilərək təravih namazına niyyət edilir: “Niyyət etdim Allahım, sənin rizan üçün təravih namazını qılmağa...”

Təravih namazı Ramazan ayı da daxil olmaqla 20 rəkatdan ibarət sünnət namazıdır. Bu namaza Peyğəmbər (s.a.s) və 4 xəlifə də davam etmişdir. Digər namazlardan fərqləndirən qılma üsulu yoxdur. Yəni 2 rəkatlı bir namaz necə qılınırsa, məsələn; sübh namazınln sünnəti kimi təravih namazının 2 rəkatı da o şəkildə qılınır. Ondan sonrakı rəkatlar da bir-birinin bənzəridir.

Qeyd edək ki, Təravih namazı işa ilə vitr namazı arasında qılınmalıdır.

Allah bütün dua və niyyətlərinizi qəbul etsin, Amin!

Firuzə Alimova / TurpKimi.com