Közləmə edərkən nələrə xüsusi diqqət etmək lazımdır?
Közlənmiş tərəvəzlər mətbəxdə ləzzətin ən pik nöqtəsidir. Doğru üsulla edilmədikdə qida dəyəri düşür, ləzzəti itir.
Xüsusilə badımcan közlənəndə salatlara ayrı bir dad qatır. Tüstünün tərəvəzə verdiyi qoxu yeməyi daha da ləzzətli edir.
Tərəvəzləri közləmək həm ənənəvi, həm də sağlam bişirmə üsuludur. Sadə üsul kimi görünür, amma edilən kiçik səhvlər həm qida dəyərinin itkisinə, həm də ləzzət itkisinə yol aça bilər.
TurpKimi.com bu yazıda, tərəvəz közləyərkən ən çox edilən səhvlərdən detallı şəkildə bəhs edəcək və doğru közləmə texnikalarını paylaşacaq.
1. Tərəvəzləri közləməzdən əvvəl yuyub qurulamamaq
Yaş tərəvəzlər közlənərkən buxarlanma olur və bu da köz dadının yaranmasına mane olur.
Közləməzdən əvvəl tərəvəzlər mütləq yuyulmalı və yaxşıca qurulanmalıdır.
2. Birbaşa yuxarı istilikdə bişirmək
Közləmə əməliyyatı aşağı-orta atəşdə yavaşca edilməlidir.
Yüksək atəş tərəvəzin üstün yandırır, amma içini çiy buraxır.
Xüsusilə badımcan və bibər kimi tərəvəzlərin bərabər bişməsi üçün idarəli istilik miqdarı lazımdır.
3. Sobada közləmə edərkən yağ sürtmək
Sobada közləmə edərkən tərəvəzləri çox yağlamaq tərəvəzlərin közlənməsinə deyil, qızarmasına səbəb olar.
Yüngülcə yağlamaq kifayətdir, hətta bəzi tərəvəzlər yağsız közlənməlidir.
4. Tərəvəzləri dilimləyərək közləmək
Tərəvəzləri bütöv közləmək təbii aromasının və nəminin qorunmasını təmin edər.
Dilimlənmiş tərəvəzlər sürətlə quruyar, içi bişmədən üstü yana bilər.
5. Qabıqlarını dərhal soyutmadan soymaq
Közlənən tərəvəzlər buxarda bir az gözlədilməli, dərhal qabıqları soyulmalıdır.
Bir qabın içində 5-10 dəqiqə üstünü örtərək buxarlanma şəraitini yarada bilərsiz. Bu cür etdikdə qabıqlar asanlıqla soyulur.
6. Falqaya büküb bişirmək
Bəziləri tərəvəzləri alüminium falqaya bükərək bişirəndə közlədiyini sayır. Bu üsul köz dadını itirir.
Bundan əlavə falqa sağlamlıq baxımından zərərlidir.
7. Ədviyyatları yanlış zamanda əlavə etmək
Ədviyyatlar közləmədən əvvəl əlavə olunsa yana bilər.
Közləmədən sonra, xüsusilə duz və qaraistiot kimi ədviyyatların əlavə olunması yeməyi ləzzətləndirər.
8. Közlenmiş tərəvəzləri dərhal kəsmək
Tərəvəzlər bişdikdən sonra 5-10 dəqiqə gözlədilməlidir.
Bu müddət həm ləzzətin oturmasını təmin edər, həm də içindəki istiliyin tarazlanmasına kömək olar.
Düzgün közləmə texnikaları
Ocaq üstündə közləmə: Badımcan və bibər üçün idealdır. Alovla doğrudan təmas təmin edilərək təbii köz aroması əldə edilər.
Sobada közləmə: Sobanın qızartma rejimində 200-220°C istilikdə edilməlidir.
Manqalda közləmə: Ən təbii üsuldur; közdə bişirmə gerçək aroma yaradır.
Közləmədən sonra saxlama: Közlənən tərəvəzlər soyuducuda saxlana bilər, ancaq 2-3 gün içində istehlak edilməlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com