Bura tünd şokolad da daxildir...
Terapevt Yelena Revkova bildirib ki, ən çox maqnezium qarabaşaq yarması, paxlalılar və şokoladda olur.
TurpKimi.com xəbər verir ki, “NEWS.ru”ya açıqlamasında o əlavə edib ki, əsas mənbələrə müxtəlif qoz-fındıq və toxumlar da daxildir.
“Ən yüksək miqdarda maqnezium bitki tərkibli qidalarda, xüsusən də xlorofillə zəngin qidalarda olur. Bura əsasən paxlalılar (lobya, noxud, yaşıl noxud, mərcimək, soya), bütün taxıllar (yulaf əzmesi, qarabaşaq yarması, qəhvəyi düyü, buğda, arpa), yaşıl tərəvəzlər (ispanaq, cəfəri, brokoli, kahı) və hətta tünd şokolad daxildir”, - Revkova vurğulayıb.
Həkim qeyd edib ki, bu qidaların 100 qramında 150-200 mq maqnezium var. Onun sözlərinə görə, bu miqdar böyüklər üçün gündəlik maqneziuma olan tələbatın təxminən yarısına barəbərdir.
Firuzə Alimova / TURPKİMİ.COM