Tərkibində şəkəri az olan meyvələr - Diyabet xəstələri, diqqət!


Şəkər nisbəti aşağı olan bu meyvələri bəslənmə proqramınıza əlavə edə bilərsiniz.

terkibinde-sekeri-az-olan-meyveler
23.07.2024 21:09 1 dəq oxuma

Şəkər nisbəti aşağı olan bu meyvələri bəslənmə proqramınıza əlavə edə bilərsiniz. 

Sağlam qidalanmaya hər kəs fikir verməlidir. Amma elə risk qrupları var ki,  onlar qida seçiminə daha diqqətli yanaşmalıdırlar. Məsələn, şəkər xəstələri meyvə seçimində daha da diqqətli olmalıdırlar. 

Qarağat, alma, sitrus meyvələri,  avokado, çəyirdəkli meyvələr və qovun şəkər nisbəti az olan meyvələrə aiddir. 

Xüsusilə diyabeti olanlar və ya idmançılar üçün qlisemik indeks də əhəmiyyətli bir faktordur. Qlisemik indeksi aşağı olan qidalar qan şəkərini daha da sabit tutmağa kömək edir. 

Məsələn, çiyələk (GI: 41) və moruq (GI: 32) kimi giləmeyvələr aşağı qlisemik indeksə malikdir və  qan şəkərini tənzimləməyə kömək edir.  

Bundan əlavə  meyvə şirəsi yerinə bütün meyvəni istehlak etmək hər vaxt daha yaxşıdır, çünki bu, meyvənin lif  ilə birlikdə qlikozanın birbaşa sorulmasını azaldır. 

Məsələn, avokado (GI: 40) kimi aşağı şəkərli meyvələr sağlam yağlarla zəngindir və qan şəkərinin anidən yüksəlməsinə mane olur.

Portağal (GI: 52), armud (GI: 41) və limon (GI: 20) kimi meyvələr C vitamini və lif baxımından zəngindir. Bu meyvələr immunitet sistemini gücləndirməyə və ümumi sağlamlığı dəstəkləməyə kömək olar.

TurpKimi.com şəkər nisbəti aşağı meyvələrin siyahısını oxucuları ilə bölüşür:

çiyələk
moruq
kivi
avokado
şaftalı
alça, gavalı
qovun
portağal
armud
limon 
xiyar
böyürtkən
papaya


Vüsalə Əlövsətqızı, TurpKimi.com