Tərkibindən su alacağımız - MEYVƏ və TƏRƏVƏZLƏR


Hər gün yeyirik, amma tərkibindəki suyun miqdarından xəbərsizik.

terkibinden-su-alacagimiz
22.10.2019 11:24 3 dəq oxuma

Mütəxəssislər daim gün ərzində su içməyin əhəmiyyətini vurğulayırlar. Bildiyimiz kimi gündə 8 stəkan su içmək lazımdır. Hətta bəzi həkimlər həyat şəraitinə, bədən ölçüsünə və ümumi sağlamlığa görə qeyd ediləndən daha çox su içməyi məsləhət görür.

Məlumatlarda qadınlar gündə 9 stəkan, yəni 2,2 litr, kişilər isə gündə 13 stəkan, yəni 3 litr su içməlidir.  Bəs su içə bilmədiyimiz halda suyu qəbul edə biləcəyimiz qidalar hansılardır? Tərkibi su ilə zəngin olan qidaların sağlamlığa hansı faydaları var?

1 – XİYAR – 96% sudur

Tərkibində suyun miqdarı ən çox olan tərəvəzdir. Güclü günəş şüalarının altında qaldıqda belə orqanizminizin susuz qalmamasına kömək edir. Bundan başqa, xiyarda bol miqdarda C, K və B vitaminləri, mis, kalium və maqnezium kimi minerallar var.

2 – KABAK – 95% sudur

Xiyara bənzəsə də, fərqli tərəvəzdir. Xiyar kimi tərkibi su və C, B və A vitaminləri ilə zəngindir. Həmçinin kalsium, dəmir və maqnezium kimi minerallar da var. 95 faizi su olan kabak bədənin möhtəşəm su qaynağıdır. Lakin bişirildikdə tərkibindəki suyun bir hissəsi yox olur.

3 – POMİDOR – 94% sudur

Likopen, beta karotin, fol turşusu, kalium, C və E vitaminləri, flavanoidlə zəngindir. Ürək xəstəliklərinə və xərçəngə qarşı mübarizədə sağlamlığa faydalıdır. Pomidor yedikdə dehidrasyon, yəni susuz qalma ehtimalınız yoxdur.

4 – ANANAS – 87% sudur

Antioksidantlar, vitamin və minerallarla yanaşı, ananas bromelain fermenti ilə də zəngindir. Bromelain xərçəng hüceyrələri ilə mübarizə aparır və yenilərinin yaranmasının qarşısını alır.

5 – QARPIZ – 92 % sudur

2009-cu ildə aparılan araşdırmaya görə, bəzi meyvə və tərəvəzlərdəki duz, mineral və təbii şəkər insanların suya olan ehtiyacını çox gözəl qarşılaya bilir. Lakin bu mövzuda qarpızın ən yaxşı qida məhsulu olduğu ortaya çıxıb.

6 – KƏRƏVİZ  - 95 % sudur

İnternetdə yazılan bəzi yazılarda kərəvizin yüksək kalorili bir tərəvəz olduğunu oxuya bilərsiniz. Məlumat düzgün deyil və tərkibindəki suyun miqdarı ilə baş ağrılarından tez bir zamanda qurtula bilərsiniz. Lakin faydası təkcə bununla bitmir, A, C, K və fol turşusu ilə də zəngindir.

7 – ÇİYƏLƏK – 92 % sudur

Çiyələk də antioksidant, vitamin və minerallarla zəngindir. Bu giləmeyvə immun sistemini gücləndirərək xəstəliklərə qarşı müqavimət göstərir. Bədəni su ilə təmin etməkdə də ən faydalı meyvədir. Moruq, böyürtkən və qaragilədə bu göstərici 80 faizdir.

8 – KƏLƏM – 92-93  % sudur

Yüksək miqdarda lif, mineral və vitaminlərlə zəngindir. Lakin tərkibinin çoxu sudur.

9 – ISPANAK – 92 % sudur

Gündəlik A vitamininə olan ehtiyacı ispanakla qarşılamaq mümkündür. Hətta kələmlə birlikdə salatlara qatıb damağınızı dadlandırın. Bununla yanaşı, ıspanak C vitamini və hətta proteinlə zəngin tərəvəzdir.

Firuzə Alimova / TurpKimi.com