Müğənninin həyatı psixologiya dərsində müzakirə olunacaq...
Bugünə qədər bir çox rekorda imza atan və sevilən dünya şöhrətli müğənni Teylor Sviftin həyatı ABŞ-da psixologiya dərsində işıqlandırılacaq.
TurpKimi.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, uğurlu müğənninin həyatı və mahnıları ABŞ-ın Arizona Dövlət Universitetində "Taylor Swift's Psychology - Advanced Topics of Social Psychology" kursunda keçiriləcək.
“ASU News”un xəbərinə görə, kursu tədris edəcək psixologiya bölməsinin tələbəsi Aleksandra Vormley mövzunun sosial psixologiya çərçivəsində Teylor Sviftin yaradıcılığını, münasibətlərini və fanatlarını əhatə edəcəyini bildirib. Vormley bildirib ki, dərsin məqsədi müğənninin həyatını təhlil etmək deyil.
Sviftin böyük pərəstişkarı olmadığını etiraf edən kurs müəllimi sosial psixologiyanı müğənninin həyatı və yaradıcılığı ilə öyrətməyin daha maraqlı olacağını düşünür.
Qeyd edək ki, sonuncu albomu “Midnights” ilə rekordlara imza atan “Grammy” mükafatlı müğənni hazırda “Eras” turu ilə qastrol səfərindədir.
Firuzə Alimova / TurpKimi.com