Adi bilib üstündən keçdiyimiz şeylər həyatımızı xilas edir.
Təyyarə qəzaları zamanı sağ qalmaq möcüzədir? Yaşama şansını artıran məlumatları bilsəniz sualınıza asanlıqla cavab tapacaqsınız.
1 – Böyük olsun – Böyük təyyarədə uçduğunuza əmin olun. Çünki təyyarə nə qədər böyük olarsa, baş verən qəza zamanı gövdəsi toqquşmaya qarşı davamlı olur.
2 – Arıq və gənc olanlar şanslıdır – Federal Aviasiya Şurasının apardığı araşdırmaya görə, gənc və arıq olan insanlar qəzaya düşən təyyarədən çox asanlıqla çıxan şəxslərdir. Statistikaya görə, gənc və arıq olan kişilər təyyarədən ən tez çıxan sərnişinlər olaraq qeydə alınıblar. Yaşlı və kök insanlar isə bu mövzuda ən şanssız sərnişinlər olaraq göstəriliblər.
3 – Ağıllı geyinin – Pencək və ya dabanlı ayaqqabılar qəza zamanı təyyarədən çıxmanız üçün mane yaradacaq. Moda dünyası hər nə qədər bu fikirdən xoşlanmasa da, gündəlik geyimdə təyyarə ilə səfərə çıxmaq baş verə biləcək qəzadan qurtulmanıza kömək edəcək.
4 – Qulağınızı açıq tutun – Stüardessaların verdiyi təhlükəsizlik məlumatlarına qulaq asın. Ola bilər eyni danışığı 100 dəfə eşitmisiniz, bəlkə də əzbərlədiyinizi düşünürsünüz, amma verilən məlumatlar yaşana biləcək qəzada təcili çıxış qapılarını asanlıqla tapmanıza və təhlükəsizlik vasitələrini əldə etmənizə kömək edəcək.
5 – Oturacağınızı yaxşı seçin – Təyyarədə təcili çıxış qapısına ən yaxın yerdə oturmaq baş verəcək qəza zamanı xilas olma şansınızı artıracaq. Təcili çıxış qapılarının yanında oturmasanız belə, heç olmasa yerinizin 5 sıra uzaqlıqda olmasına diqqət edin.
6 – Oksigen maskası – Maskanız düşərsə, vaxt itirmədən dərhal yenidən ağzınıza taxın. Çünki oksigen əksikliyi 60 saniyə ərzində ölümcül təhlükə yaradır. Başqalarına kömək etməzdən əvvəl öz maskanızı taxmağı unutmayın.
7 – Kərəmləri bağlayın – Uçuş zamanı kəmərlərinizin bağlı olmasına diqqət edin. Silkələnmənin nə vaxt yaşanacağı bəlli olmaz. Hadisə zamanı ən son istəyəcəyiniz şey isə başınızı tavana vurmaqdır.
8 – Qorunma – Qəza zamanı başınızı, qollarınızı və ayaqlarınızı pis zərbələrdən qorumaq üçün bu qorunma pozisiyası vacibdir.
9 – 90 saniyəniz var – Qəza zamanı təyyarədəki yanğın və tüstüdən qaçmaq üçün 90 saniyə vaxtınız var. Həmin vaxt baqajınızı almağı ağlınızdan belə keçirməyin.
10 – 3 və 8 dəqiqə - Bu məlumat daha çox pilotlar üçün olsa da, siz də bundan faydalana bilərsiniz. Təyyarələrdə ən təhlükəli dəqiqələr qalxandan sonra ilk 3 dəqiqə və enməzdən 8 dəqiqə əvvəldir. Həmin dəqiqələrdə ola biləcək hər hansı hadisəyə qarşı hazırlıqlı olmağa çalışın.
Yazdıqlarımızı oxuyarkən heç vaxt unutmayın ki, təyyarə ilə uçuş avtomobil səfərləri ilə müqayisədə daha az risk daşıyır.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 26-03-2019