Tələbələrin və sürətlə öyrənmək istəyənlərin həyat qurtaran metodu – Kornell qeyd tutma sistemi
Qeyd etmə öyrənmə müddətində kritik bir rol oynayır. Bəziləri qaralama üsuluna fokuslanaraq öyrənir, bəziləri isə vizual bir metodu seçib zehin xəritələri yaradır. Maraqlı bir araşdırmaya görə, öz qeydlərini nəzərdən keçirən tələbələr müəllim tərəfindən verilən qeydləri araşdıranlardan daha müvəffəqiyyətlidir.
Fərqli araşdırmalar əl yazısı əla qeyd edən şagirdlərin texnologiya istifadə edənlərə müqayisədə daha təsirli öyrənmə təcrübəsi yaşadığını üzə çıxardıb. Kornell texnikasında qeydlər daha tez nəzərdən keçirilir və daha tez xatırlanır. Ona görə də ən üst səviyyədə uğur qazanmaq üçün əllə qeyd alınması məsləhətdir.
TurpKimi.com bu maraqlı metod haqda bilməli olduğunuz vacib məlumatları oxucularla bölüşür:
Kornell qeyd etmə texnikası öyrənmə müddətlərini daha təsirli və iştirakçı edir. Oyunlaşdırma, şagirdlərin motivasiyasını artırmaq və aktiv öyrənməyə təşviq etmək üçün oyun elementlərindən istifadə edən metoddur. Kornell texnologiyasının məqsədi daha az zamanda daha çox şeyi və təsirli, əsas hissələri qeyd edərək yadda saxlamaqdır.
Kornell üsulu şagirdlərə qeyd etmə müddətlərini həm tənzimləmələri, həm də məlumatları daha təsirli şəkildə öyrənmələri üçün bir çərçivə təqdim edir. Hər iki üsul da şagirdlərə müəyyən hədəflərə çatma və irəliləmələrini izləmə fürsəti tanıyır; bu da öyrənmə təcrübəsini daha mərkəzli və təsirli edir.
Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur.
Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunur.
Kornell metodu qeyd etmə, tənzimləmə və nəzərdən keçirmə müddətlərində istifadə edilən bir sistemdir. Çox az ön hazırlıq tələb etməsi Kornell metodunu sinifdə və ya müştəri yığıncaqları əsnasında qeyd etmək üçün mükəmməl bir variant halına gətirir.
Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür. Səhifənin ən yuxarısında başlıq, ən aşağısında isə xülasə sətiri var.
Kornell metodundan istifadə etmək üçün spesifik kağıza ehtiyac yoxdur.
Kornell qeyd etmə texnikasından istifadə edərkən aşağıdakı addımları izləyə bilərsiniz:
• Qeyd: Dərs, ya da yığıncaq tədbir əsnasında qısa və sanballı cümlələrlə qeyd etmək üçün qeyd etmə sütunundan istifadə edin.
• Suallar: İclasdan sonra mümkün olan ən qısa müddətdə sağ tərəfdəki qeydlərdən ilhamlanaraq suallar yaradın. Sual vermək mənasını dəqiqləşdirməyə, əlaqələri ortaya çıxarmağa, yaddaşı gücləndirməyə köməkçi olar. Sual yazmaq daha sonrakı analizlər üçün mükəmməl mərhələ təşkil edər.
• Təkrarla: Qeyd etmə sütununu bir kağızla örtün. Sonra yalnız sual və ipucu sütunundakı suallara və ya ipuclarına baxaraq bu ipuclarıyla ifadə edilən gerçəkləri və ya fikirləri öz ifadələrinizlə yüksək səslə təkrarlayın.
•Düşünün: Material üzərində düşünmək üçün özünüzə suallar verin, məsələn:
- Bu gerçəklərin önə çıxardığı əhəmiyyət nədir?
- Bu məlumatları necə praktikaya çevirə bilərsiz?
- Bu, hansı təməl prinsiplərə söykənir?
- Bu bildiyim məzmunla necə əlaqələndirilə bilər?
- Bu mövzunun kənarında başqa nələr var?
• Araşdırma: Əvvəlki qeydlərinizi nəzərdən keçirmək üçün bir müddət ayırın. Bu şəkildə gələcəkdə istifadə üçün daha çox material toplaya və tətbiq edə biləcəksiniz.
Kornell texnikası akademik uğuru artırır, motivasiyanı artırır, aktiv öyrənməyə və düşünməyə kömək edir, praktikaya çevirmək üçün zəmin hazırlayır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com