Bu mövsümdə yaşanan öskürək və bronxitə qarşı əczaxanaya qaçmazdan əvvəl evdə özünüz dərman hazırlaya bilərsiniz.
Havaların anormal keçməsi xəstəlikləri də özü ilə bərabər gətirir. Bu mövsümdə yaşanan öskürək və bronxitə qarşı evdə özünüz dərman hazırlaya bilərsiniz.
TurpKimi.com öskürək əleyhinə dadlı qarışığın hazırlanma qaydasını təqdim edir:
Lazım olanlar:
- 400 ml ilıq su
- 2 ədəd banan
- 2 yemək qaşığı bal
Hazırlanması:
Bananları soyun və plastik qaşıqla əzin. Bananları metal qaşıqla əzməyin. Metal ilə meyvə təmas etdiyində meyvənin tərkibi tez dəyişir və bu sağlamlığınıza da zərərdir. Əzilmiş bananları saxsı və ya şüşə bir kasaya qoyub üzərinə ilıq su əlavə edin. 30 dəqiqə gözləyin. Qarışıq soyuduqdan sonra üzərinə bal əlavə edin. Qarışığın yaxşıca soyuduğundan əmin olun, çünki bal isti su ilə təmas edərsə bəsləyici dəyərini itirəcək. Öskürək və bronxitə qarşı təbii qarışığımız hazırdır.
Gündə dörd dəfə ən çox 100 ml olmaq şərti ilə qarışığı için. Unutmayın ki qarışığı həftədə beş gün içmək lazımdır və hazırladığımız qarışıq yalnız bir gün üçündür.
İstifadə etməzdən əvvəl qarışığın içindəki məhsullara qarşı allergiyanızın olmadığından əmin olun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com