Tez bir zamanda  sağlam arıqladan  - Heidi Klum diyeti


Piylənmə, obezite probleminə dair hər beyindən bir səs çıxır.  Onu yemə,  bunu yemə, ara paylar, bol su istehlak et, məşqlər, idman və sayı-hesabı olmayan diyet siyahıları...

tez-bir-zamanda-saglam-ariqladan
04.05.2021 20:16 2 dəq oxuma

Hər növ sağlam diyet insanı arıqlada bilər. Burada əhəmiyyətli olan etdiyimiz diyetlərin bizlərə sağlam bəslənmə vərdişi ilə bağlı nə dərəcədə fayda verməyindədir. Yoxsa bu yorucu marafondan- bizlərə ac qalaraq böyük bir mübarizə və nəfs tərbiyəsindən  sonra verdiyimiz kiloları təkrar artıqlaması ilə geri qazandığımız çəkilər qalır?

Heidi diyetində nələr var?

TurpKimi.com  xəbər verir ki, Heidi diyetində ilk olaraq günə nahar etməzdən əvvəl müxtəlif meyvə kokteylləri ilə başlanır. Mütəxəssislərin bir qismi meyvənin şirəsini içməyi deyil, meyvəni yeməyi məsləhət görürlər.  Bu meyvələri bütün olaraq lifi ilə də yeyə və ya şirəsini içə bilərsiniz. Bununla da  qan şəkəriniz tarazlanar, qəfl  enmə və  qalxmalar olmaz.

Naharda həm gözünüzün, həm qarnınızın doyması  üçün  tərəvəzli omlet və açıq çay içmək bəs edir.  Bu menyu həm həzm üçün yaxşıdır,  həm də sizi enerji əskikliyi, halsızlıq, özünüzü yorğun hiss etmədən qoruyacaq.

Günorta yeməyində yağı alınmış toyuq, zeytun yağlı brokoli və zeytun yağlı bir kasa salat  yeyilir. Salat mədə və bağırsağa çox yaxşı təsir edən bir qidadır. 

Axşam yeməyində yağsız hind toyuğu və diyetlərin olmazsa olmazı bir kasa qatıq yeyilir.  Qatıq bütün diyetlərdə axşam menyusunda mütləq yer alır.  Həzmi yaxşılaşdırır  və arıqlamağa kömək edir.
Ara paylarda isə istədiyiniz qədər meyvə və tərəvəz istehlak edə bilərsiniz.

Diyetin  əsas incəlikləri

Bu diyeti digər diyetlərdən fərqləndirən xüsusiyyət  çörək istehlak edilməməsidir. Çörəksiz tərəvəz və ağ ətdən ibarət  diyetdir. Əgər bu diyeti etmək və sürətlə kilo vermək istəyirsinizsə, arıqlamaq istədiyiniz o dövrdə qazlı içkilərdən və saqqız çeynəməkdən uzaq durmalısınız. Duzdan istifadəni  azaltmalı və gündəlik nizamlı olaraq 40 dəqiqə məşq və bir saat yürüşə çıxmalısınız. 

Diyetoloqlar sağlam çəki  vermək üçün həftədə 1 və ya ən çox 2 kilo arıqlamalı olduğunuzu  deyir. Bundan artıq çəki verəndə isə  əzələlərdən gedir. Buna diqqət etmək lazımdır. 

Heidi diyetində meyvə tərəvəzdən çox istehlak edilir. Qidanın təmizliyinə və yuyulmasına da diqqət edin. Şəkər nisbəti yüksək olan meyvələri daha az miqdarda, şəkər nisbəti az olan meyvələri də dilədiyiniz qədər istehlak edə bilərsiniz.İdmanla məşğul olmağı axsatmasanız bu diyetlə istədiyiniz çəkiyə çata bilərsiniz. 

Sağlamlığınızı heç bir diyet üçün təhlükəyə atmayın!

Vüsalə Əlövsətqızı, TurpKimi.com