Tez-tez duzlu və ya şirniyyat yemək istəyirsiniz? - Sağlamlığınızda problem var


Orqanizm onda çatışmayan nəyəsə görə bizə siqnal verir...

tez-tez-duzlu-ve-ya-sirniyyat-yemek-isteyirsiniz
31.08.2022 12:43 2 dəq oxuma

Bəzi qidalara davamlı tələbatın olması orqanizmdəki hansısa çatışmazlıqlardan və ya ciddi sağlamlıq problemlərindən qaynaqlanır.

TurpKimi.com bildirir ki, ürəyiniz müəyyən qidaları davamlı istəyirsə, orqanizm sizə nəsə deməyə çalışır. Ona görə də bu cür siqnalları görməzdən gəlmək olmaz.

ŞOKOLAD İSTƏYİ

Ürəyiniz tez-tez şokolad yemək istəyirsə, bu depressiya və ya narahatlıq kimi pozulmaların ilk göstəricilərindən biridir. Araşdırmalar göstərir ki, tünd şokolad stress səviyyəsini azaldır və əzələlərin rahatlamasına kömək edir. Çünki tərkibində 2 mühüm birləşmə - maqnezium və teobromin var. Lakin istər depressiyada olun, istərsə də özünüzü narahat hiss edin, tünd şokolad yemək problemin həlli deyil. Ən gözəl həll psixoterapevtə müraciət etməkdir.

PENDİR İSTƏYİ

Pendirin tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran və rahatlamağa kömək edən I-triptofan var. Orta səviyyədə pendir yemək stresdən qurtulmaq və özünü daha yaxşı hiss etmək üçün faydalı vasitədir. Lakin ürəyiniz davamlı pendir yeməyə can atırsa, bu, fikri cəmləmək və yaddaşla bağlı problemlərinizin olduğuna işarə edir. Araşdırmalar diqqət əksikliyi, hiperaktivlik kimi pozulmaları olan insanların daha çox pendir yeməyə meyilli olduğunu qeyd edir.

DUZLU YEMƏK

Tez-tez duzlu qəlyanaltılar yemək istəyirsinizsə, xüsusilə də bu istəklər yorğunluq, arıqlamaq və dəridə dəyişilmələr kimi simptomlarla ortaya çıxırsa, “Addison” və ya “Bartter” sendromuna işarədir. Bu halda mütləq həkimə müraciət etməlisiniz.

BUZ İSTƏYİ

Bəzi insanlar yaz aylarında buz yeməyi xoşlayır. Lakin tez-tez buz yemək istəyiniz varsa, bu qan azlığının göstəricisidir. Araşdırmalar qan azlığı olan insanların tez-tez buz yemək istədiyini ortaya qoyur.

Buz yemək istəyi əslidə sağlamlıq problemidir. Bir insanın buz və ya torpaq kimi qida dəyəri olmayan şeyləri arzulaması dəmir, kalsium və sink kimi vitamin azlığına işarədir. Lakin buz yemək istəyi, məhz qan azlığı ilə əlaqədardır.

ŞİRNİYYAT İSTƏYİ

Kifayət qədər yaxşı yatmayan və ya yuxusuzluqdan əziyyət çəkən insanlarda şirniyyat yemək istəyi olur. Ona görə də yaxşı yatmır və tez-tez şirniyyat yeməyə can atırsınızsa, yuxu rejiminizdə bəzi dəyişikliklər etmək lazımdır.

ÇİPSİ İSTƏYİ

Diyetoloqlar qeyd edir ki, çipsi və buna bənzər fəst fudlara can atan insanların orqanizmində sağlam yağların kifayət qədər olmadığını göstərir. Bu, adətən somon (qızıl balıq) kimi yağlı balıqlarda olan omeqa-3 turşularının olmaması ilə əlaqədardır. Əgər tez-tez sağlam olmayan yağlı qidalara can atırsınızsa, onları avokado, qoz-fındıq və zeytun yağı kimi sağlam qidalarla dəyişdirməyə çalışın.

ÜMUMİ İSTƏKLƏR

İnsanlar bəzən aclıqla susuzluğu qarışdırır. Ona görə də hər hansı bir yeməyə olan güclü istəyi susuzluqda qaynaqlana bilər. Bu zaman bir stəkan su içməyə cəhd edin. Nəticə sizi təəccübləndirə bilər.

Yazılıb: 22.02.2022-ci ildə

Firuzə Alimova / TurpKimi.com