Qoxusu pis olduğuna görə bəzi insanlar soğan yeməkdən çəkinirlər. Halbuki, təbii antibiotik olan möcüzəvi gücə sahib bu qidanın orqanizmə sonsuz faydaları vardır.
TurpKimi.com xəbər verir ki, soğan dəri sağlamlığından tutmuş formada qalmağa qədər hər şeyə kömək edir.
Daha çox soğan istehlak etsək bədənimizdə nələr olar?
1- HƏZMİ ASANLAŞDIRAR
Soğan həzmi sürətləndirən liflərlə zəngin qidadır. Bağırsaqlardakı yaxşı bakteriyaların çoxalmasına kömək edir. Bu da həzmi asanlaşdırır.
2- DƏRİNİ GÖZƏLLƏŞDİRƏR
A, C və E vitaminləri baxımından zəngin olan soğan işıltılı və gözəl bir dəriyə sahib olmanızı təmin edər. Qara nöqtələri azaldar. Aparılan araşdırmaya görə, soğandan əldə edilən gel qara nöqtələrin yüngülləşməsinə kömək edir.
3- HÜCEYRƏLƏRİN ZƏDƏ ALMASININ QARŞISINI ALAR, ANTİOKSİDANTLARI ARTIRAR
Soğan bədənimiz üçün faydalı olan 25 fərqli antioksidantın mənbəyidir. Antioksidantlar hüceyrələrin zədə almasını önləyərək yaşlanmağı gecikdirər.
4- SÜMÜK SAĞLAMLIĞI ÜÇÜN YAXŞIDIR
Araşdırmalar göstərir ki, soğan istehlak etmək sümük sıxlığına müsbət təsir edir. Bir ay boyunca hər gün soğan istehlak edənlərdə sümük sıxlığı istehlak etməyənlərə nisbətdə 5 faiz daha çoxdur.
5- XOLESTEROL SƏVİYYƏSİNİ AŞAĞI SALAR VƏ ÜRƏK SAĞLAMLIĞI ÜÇÜN YAXŞIDIR
Anti-inflamatuar, yəni iltihabəleyhinə xüsusiyyəti yüksək olan soğan pis xolesterolu da azaldar. Aşağı xolesterol səviyyəsi də ürək sağlamlığı üçün yaxşıdır. Ayrıca kardiovaskulyar xəstəlik riskini də azaldar.
6- AĞIZ VƏ GÖZ SAĞLAMLIĞI ÜÇÜN YAXŞIDIR
Ağızda olan pis bakteriyaları öldürən soğan antimikrobial xüsusiyyətləri ilə dişləri də gücləndirər. Soğan kataraktla mübarizə aparır və göz sağlamlığı üçün vacib olan guercetin maddəsini ehtiva edər.
7- DƏRİN YUXUYA GETMƏYİNİZƏ KÖMƏK EDƏR
Kolorado Universitetinin apardığı araşdırmada soğan istehlakının yuxu keyfiyyətini artırdığı məlum olub. Bağırsaq sağlamlığını qoruyan soğanın içində eyni zamanda stressi azaldan liflər də var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 03-03-2021