Möcüzəvi faydası...
Təzə nanə həm qoxusu, həm dadı, həm də yaşatdığı fərahlıq hissi ilə sağlamlığa çox faydalıdır. Hələ üzərinə bir neçə damcı limon sıxıb yedikdə isə faydası daha da artır.
TurpKimi.com bildirir ki, nanə A vitamini ilə zəngin bitkidir. Bununla yanaşı, tərkibi kalsium, maqnezium, kalium, fol turşusu və omega-3 yağları ilə bol miqdarda zəngindir.
Metabolizmanı sürətləndirən, həzm sistemini normallaşdıran, ağız qoxusunu aparan və daha bir çox narahatlığa çarə olan nanə təzə şəkildə hər gün yeyildikdə sağlamlığa möcüzəvi fayda verir.
Üzərinə bir neçə damcı limon sıxıb yeməyin faydası isə alternativ tibbin faydalarından yararlananlar üçün əvəzolunmazdır.
Belə ki, təzə nanə dəridəki sebuma nəzarət edən salisilik turşu və A vitamini ilə zəngindir. Hər gün üzərinə limon sıxıb yedikdə dərinizin yağ balansı təmin olunacaq və az yağlanacaq.
Güclü antiinflamatuar təsiri sayəsində nanə yarpaqları yaraların, kəsiklərin və ağcaqanad dişləmələrinin sağalmasına kömək edir. Nanə yaraların sürətlə bərpasını təmin edir.
Nanə dəridəki ləkələrin və qızartıların yaranmasının qarşısını alan antiseptik tərkiblə zəngindir. Dərini günəşin əmələ gətirəcəyi ləkələrdən qoruyur.
Nanədə olan rozmarin turşusu təravətləndirici təsir göstərir. Təzə nanə hər mövsüm yaşanan tənəffüs yolları xəstəliklərində iltihablanmanın qarşısını alır.
Tərkibindəki mentol sayəsində nanə həzm sistemindəki problemlərə müsbət təsir edir.
Firuzə Alimova / TurpKimi.com