Mütəxəssislər dəri sağlamlığı baxımından yeni alınan paltarların yuyulmasının faydalı olacağını tövsiyə ediblər.
TurpKimi.com xəbər verir ki, yeni alınan paltarlarda olan bəzi kimyəvi maddələrin dəri ilə təması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Xüsusən alt paltarı və şalvar kimi dəriyə birbaşa təmas edən geyimlər istifadə edilməzdən əvvəl mütləq yuyulmalıdır. Burada əsas məqsəd dəriyə keçəcək ekstra boyaların təmizlənməsidir. Bu gün bir çox insanlarda ekzema xəstəliyinin müxtəlif növlərinin geniş şəkildə yayıldığını görürük.
Dərisi həssas olan insanlarda paltarların rəngləndirilməsində istifadə edilən azo-anilin boyaları dəridə qızartı, quruluq, soyulma, qaşınma kimi reaksiyalar yarada bilər.
İstifadədən öncə alınan paltarları yumaq mümkün reaksiyadan qorunmağı təmin edir. Daha çox tərləyən insanlarda dəriyə kimyəvi maddələrin daha tez keçmə riski çoxdur. Boyun, qoltuq altı, qasıq nahiyələrində həm sürtünmə, həm də tərləmə olduğuna görə dəridə problemlər daha çox yaranır.
Formaldehid maddəsinə qarşı diqqətli olun!
Boyalardan başqa, adətən uzun məsafələrə nəql edilən geyimlər üzərində kif əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilən formaldehid maddəsinə qarşı da diqqətli olmaq lazımdır. Bu maddə kifdən qoruyur, az ütüləmə və parçanın qırışmasının qarşısını almaq məqsədilə istifadə edilir.
Formaldehidlə təmas müxtəlif ekzema və dəridə qızartı, qaşıntıya səbəb olur. Geyim yuyulana qədər parçada çox kəskin qoxusu var. Bir dəfə yuma formaldehidin hamısını çıxarmasa da qətranı əhəmiyyətli dərəcədə azaldır və beləliklə, dərinin reaksiya riski azalır.
Təkrarlayan yumalarla da təmizlənmə davam edir. Kimyəvi maddələrdən başqa, kiçik bir ehtimal olsa da, bakteriya, göbələk, bit kimi parazitlər də yeni geyimlərlə keçir. Xüsusən alt paltarı, çimərlik geyimi kimi xüsusi yerlərə təmas edən paltarlarda daha diqqətli olmalıyıq.
Körpə və uşaqlar üçün istehsal olunan geyimlər də istifadə edilməzdən əvvəl mütləq yuyulmalıdır.
Körpələr kimyəvi maddələrə qarşı daha həssasdırlar. Paltarı təmizləyərkən seçiləcək yuyucu vasitələr də iysiz və rəngsiz olmalıdır.
Paltarlardan əlavə, yeni yataq dəstləri və hamam dəsmalları da cildlə birbaşa təmas edən məhsullardır. Bu məhsulları istifadə etməzdən əvvəl yumaqla paltarlardan kimyəvi maddələri və boyaları təmizləyə bilərsiz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com