Tibb tarixində bir ilkə imza atıldı - Süni qan köçürüldü


Britaniyalı alimlər tibb tarixində ilk dəfə, laboratoriya şərtləri ilə alınmış süni insan qanını tətbiq edib.

tibb-tarixinde-bir-ilke-imza-atildi
25.11.2022 05:30 1 dəq oxuma

Britaniyanın Milli Sağlamlıq Xidmətinin işçiləri donor bazası əsasənda süni eritrositlər yetişdirməyə nail olublar.

TurpKimİ.com xəbər verir ki, normal insan qanından fərqli olaraq bu qanda  eritrositlərin hamısı gəncdir.

Təcrübələr zamanı bir neçə könüllüyə 1-5 ml arası qan köçürülüb.

"Ümid edirik ki, laboratoriyada əldə edilmiş eritrositlər donordan daha uzun müddət yaşayacaq. İlk sınağımız uğurla keçərsə, mütəmadi qan köçürülməsinə ehtiyacı olan xəstələr daha az qanköçürmə prosedurundan  faydalana biləcəklər". 

Mütəxəssislər qeyd edirlər ki, süni qan köçürmə qan xəstələrinin müalicəsində dəyişiklik yarada biləcək. Süni qanı anemiya, talassemiya və nadir qan qrupu olan xəstələrə köçürmək mümkün olacaq.

Vüsalə Əlövsətqızı, TurpKimi.com