Tibbi əlcəklərdən nə vaxt və necə istifadə edilir?


Səhiyyə Nazirliyi tibbi əlcəklərdən düzgün istifadə qaydalarını açıqlayıb

tibbi-elceklerden-ne-vaxt-ve-nece-istifade-edilir
01.04.2020 21:23 2 dəq oxuma

"Son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub". 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən  verilən məlumata görə, bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatlar hazırlanıb. Bu səpkidə  məlumatlar mütamadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək: "Bu məlumatlar əhalinın maarifləndirilməsinə xidmət edir. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyil. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır".

“Əlcəklərin istifadəsi” məlumat vərəqində qeyd olunub ki, əllərin gigiyenasının aparılmasına dair göstəriş əlcəklərin istifadəsini tələb edən təmasdan əvvəl olduqda, əllərin gigiyenası (antiseptiklə işlənmə və ya sabunla yuma) əlcəklər geyilməzdən əvvəl aparılmalı, əllərin gigiyenasının aparılmasına dair göstəriş əlcəklərin istifadəsini tələb edən təmasdan sonra olduqda, əllərin gigiyenası (antiseptiklə işlənmə və ya sabunla yuma) əlcəklər çıxarıldıqdan sonra aparılmalı, əllərin gigiyenasının aparılmasına dair göstəriş tibb işçisi əlcəkləri geyinmiş olduğu müddətdə yaranmış olduqda, əlcəklər çıxarılmalı və əllərin gigiyenik antiseptikası aparılmalı və ya onlar sabunla yuyulmalıdır.

Məlumat vərəqində bildirilib ki, əlcəklərdən istifadə təcrübəsinin əllərin gigiyena qaydalarına riayət edilməsinə təsiri kifayət qədər əminliklə təyin edilməyib, belə ki, bir sıra tədqiqatların dərc olunmuş məlumatları ziddiyyətli nəticələr verir. Bununla belə, əllərin gigiyenik işlənilməsi ilə bağlı göstəriş hesaba alınmadıqda faktiki olaraq mikroorqanizmlərin ötürülməsinə gətirib çıxara bilər.

Həmçinin bildiirlib ki, təmasla bağlı ehtiyat tədbirləri gözlənilməklə, əllərin gigiyenik antiseptik işlənilməsi olmadan əlcəklərdən davamlı isitfadə potensial patogen mikroorqanizmlərin ötürülməsinə səbəb ola bilər.

Nazirlik həmçinin tibbi əlcəklərdən düzgün istifadə qaydalarını da açıqlayıb.

Bildirilib ki, göstəriş olmadan əlcəklərdən istifadə maddi resursların lüzumsuz sərfiyyatı olub, potensial patogen mikroorqanizmlərin çarpaz ötürülmə səviyyəsinin endirilməsinə kömək etmir. Həmçinin bu, əllərin gigiyenik işlənilməsinin aparılmalı olduğu halların ötürülməsinə səbəb ola bilər. Qeyri-düzgün saxlanılması, geyilmə və çıxarılma texnikası və istifadəsinə dair qeyri-düzgün göstərişlərlə əlaqədar kontaminasiya olunmuş əlcəklərdən istifadə də potensial patogen mikroorqanizmlərin ötürülməsinə səbəb ola bilər.

 

Tibbi əlcəklər – təkistifadəlik vasitə olduqlarından əlcəklərin dekontaminasiyası və təkrar emalı tövsiyə olunmur və buna, hətta maddi resursları az və əlcək ehtiyatı məhdud olan bir çox tibb müəssisələrində adi praktika olmasına baxmayaraq yol verilməməlidir. Hazırkı dövrdə əlcəklərin standartlaşdırılmış, etibarlı və qiymət baxımından əlverişli, təhlükəsiz təkrar emal üsulu mövcud deyil. Tibb müəssisələrində əlcəklərin təkrar istifadəsinə yol verilməməsi üçün bütün mümkün tədbirlər, məsələn, əlcəklərin etibarsız şəkildə istifadə miqyasının azaldılması məqsədilə maarifləndirmə işləri aparmaq, yaxşı keyfiyyətli təkistifadəlik əlcəklər almaq və vaxtlı-vaxtında ehtiyatları doldurmaq kimi tədbirlər görülməlidir.