Timsahın boynundan təkəri çıxardana mükafat veriləcək


İndoneziyada boynuna motosiklet şini ilişən timsahı 4 ildir xilas edə bilmirlər. 

timsahin-boynundan-tekeri-cixardana-mukafat-verilecek
18.02.2020 17:15 1 dəq oxuma

 Avstraliyadan gələn vəhşi həyat mütəxəssisi qrupunun cəhdi də uğursuz alınıb. 

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  İndoneziyanın Palu şəhərində 4 metr uzunluğunda olan  timsahın boynuna 2016-cı ildə motosiklet şini keçib. 

İllərdir mütəxəssislər timsahı bu zillətdən xilas edə bilmirlər. Çünki  Boss ləqəbli timsah dünyanın ən təhlükəli sürünənlərindən biridir və ətrafına heç kəsin yaxınlaşmasına icazə vermir.

  

Sonda timsahın boynundan təkəri çıxardan qrup üçün mükafat təyin edilib. 

 Avstraliyadan olan "Vəhşi həyat" proqramının rəhbəri Matt Wright və qrupu  müraciət edib. O, qrupu ilə  İndoneziyada timsahı görmək üçün 4 gün qalmalı olub. Lakin timsahı görə bilməyib. Mütəxəssis timsaha necə yaxınlaşmaq haqda müəyyən məsləhətlər verərək ölkəsinə qayıtmalı olub. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

loading...