Tomas Adams və SAQQIZIN KƏŞFİ


Əsəbləşəndə də ixtira etmək olurmuş...

tomas-adams-ve-saqqizin-kesfi
06.01.2022 01:00 1 dəq oxuma

Amerikalı alim və ixtiraçı Tomas Adams 1818-1905-ci illərdə yaşayıb.

1870-ci illərdə Adams Cənubi Amerikaya məxsus bir ağacın şirəsindən əldə edilən maddə üzərində təcrübə aparır. Məqsədi əldə edəcəyi maddədən avtomobil şinlərinin istehsalında istifadə olunacaq təkərlərə alternativ material hazırlamaq idi.

Uzun cəhdlərdən sonra hər zaman uğursuzluğa məruz qalan Adams bir gün çox əsəbləşir və maddəni ağzına atıb çeynəməyə başlayır. Həmin maddəni çeynəmək alimin xoşuna gəlir və bununla da saqqız yaranır.

Beləliklə, Adams rezin istehsal etməkdən imtina edir və “Chiclets” adlı saqqız şirkətini qurur.

Avtomobil təkərləri istehsal edərək varlı olmağı qarşısına məqsəd qoyan Adams əsəbləşib saqqız çeynəyərək zəngin olur.

Firuzə Alimova / TurpKimi.com