Toxumaq “yatmış” sinir hüceyrələrini aktivləşdirir


Barmaq uclarının iştirak etdiyi bütün fəaliyyət növləri beyin üçün faydalıdır...

toxumaq-yatmis-sinir-huceyrelerini-aktivlesdirir
24.12.2024 23:13 1 dəq oxuma

Hörgü işi yaşlı insanlarda beyin funksiyasını yaxşılaşdırır.

TurpKimi.com xəbər verir ki, bunu terapevt Nadejda Çernışova “Moskva 24” ilə bölüşüb. Onun sözlərinə görə, bu proses həm də qaranlıq düşüncələrdən yayınmağa kömək edir.

Həkim qeyd edib ki, toxuculuq məharəti yeni, “yatmış” sinir hüceyrələrini aktivləşdirir ki, bu da pensiyaçıların psixi sağlamlığı üçün çox faydalıdır. Bundan əlavə, bu proses insanların yaradıcılıq qabiliyyətlərini üzə çıxarır.

“Barmaq uclarının iştirak etdiyi, əllərin dəqiq kiçik hərəkətlərinin olduğu bütün fəaliyyət növləri beyin üçün çox faydalıdır. Bu, yaddaşı uzun illər saxlamağa və orqanın fəaliyyətini yaxşılaşdırmağa imkan verir”, - Çernışova vurğulayıb.

Firuzə Alimova / TURPKİMİ.COM