Toya gedərkən geyim və makiyaj xanımlar üçün ən vacib məsələlərdən biridir. Odur ki, seçiminizlə toyun ən gözəl və ya zövqsüz xanımlarından biri ola bilərsiniz.
TurpKimi.com olaraq Bu mövzuda sizə təqdim edəcəyimiz məsləhətlə daha mükəmməl görünə bilərsiniz.
1 – Bəyəndiyiniz paltarı, dabanlı ayaqqabı və dodaq boyası ilə uyğunlaşdıraraq mükəmməl görünə bilərsiniz.
2 – Qısa ətəklərdən uzaq durun. Uzun ətəkli geyimlə daha klassik və gözəl görünə bilərsiniz. Qısa ətək geyindiyiniz zaman gəlinlə şəkil çəkdirdiyiniz zaman çılpaq ayaqlarınız daha qabarıq görünəcək.
3 – Tünd rəngli geyimlərlə güpür seçə bilərsiniz. Açıq rənglərdə güpürlü paltar geyinmək toy üçün o qədər də uyğun seçim deyil. Diqqətçəkən paltarların yerinə tünd rəngli və üzəri güpürlə işlənmiş əlbisə geyinə bilərsiniz.
4 – Qara geyinməyiniz problem deyil. Əvvəllər qara qaranlığı simvolizə edən bir rəng idi. Hazırda müasir dünyada isə qara günlük həyatımızda tez-tez istifadə etdiyimiz bir rəngdir və toya geyindiyiniz qara rəngli paltarla özünüzə inam vermiş olacaqsınız.
5 – Mütləq balaca çantanız olsun. Böyük əl və ya çiyin çantaları yerinə daha sadə və balaca çanta, klaç götürə bilərsiniz.
6 – Rahat dabanlı ayaqqabı geyinin. Toy üçün elə bir ayaqqabı seçməlisiniz ki, bütün gecə boyu rahat rəqs edə biləsiniz.
7 – Əsla ağ geyinməyin. Toyda gəlin ağ rəngli paltar geyinməsə belə, yenə sizin ağ rəngli paltar geyinmənizə əsas vermir.
Firuzə Alimova, TurpKimi.com
Yazılıb: 15-03-2019