Quru olduğu üçün əksəriyyətin sevmədiyi ət...
Toyuğun döş əti zəngin protein tərkibi ilə çox faydalıdır. Lakin düzgün bişirilmədikdə quru olur və ləzzətsiz, yavan bir dad verir. Bəs toyuğun döş ətini necə yumyumuşaq, içi sulu və ləzzətli etmək olar?
TurpKimi.com lazım olan vasitələri təqdim edir:
3 ədəd toyuğun döş əti;
1 stəkan sodalı su;
2 xörək qaşığı zeytun yağı;
1 çörək qaşığı kərə yağı;
Duz;
Hazırlanması:
Əvvəlcə toyuğun döş əti eyni qalınlıqda doğranır. Əgər hər hansı hissəsi qalın olubsa, həmin yerləri döyərək digər tərəflərlə eyniləşdirmək olar. Həmin hissələri dərin bir qabda sodalı suda saxlayın. 2 saat saxladıqdan sonra toyuğun döş ətini duzla ovun. Teflon tavaya (yapışmayan tava) həm kərə, həm də zeytun yağı töküb isidin. Tam isindikdən sonra toyuğun döş ətlərini tavada qızardın.
Nuş olsun...
Firuzə Alimova / TurpKimi.com