Ən çox aldığınız toyuq ətini seçərkən diqqətli olun.
Yəqin ki, marketdən toyuq əti alarkən üzərində gördüyünüz ağ xətlərə sadəcə baxıb keçirsiniz. Ancaq toyuq ətinin üzərində gördüyünüz ağ xətlər sizə çox vacib şeylərdən xəbər verir. Ona görə də toyq əti alarkən döş hissəsindəki xətlərə xüsusi diqqət etməlisiniz.
TurpKimi.com ağ xətli və xətsiz toyuq əti arasındakı fərqi sizə təqdim edir:
- Ağ xətli toyuq əti, xətsiz toyuq ətiylə müqayisədə daha çox yağlı olur.
- Ağ xətsiz toyuq ətinin tərkibində yüksək miqdarda zülal və lipidlər olur.
- Ağ xətsiz toyuq əti doymuş yağlar və linoleik turşularla zəngindir.
- Toyuqdakı ağ xətlər omega 3-ün az olmasına işarə edir.
- Ağ xətli toyuq ətlərini basdırma etmək çətindir.
Qeyd edək ki, üzərində ağ xətləri olan toyuq əti yemənizdə ciddi problem yoxdur. Ancaq toyuq əti alarkən xətsiz toyuq ətlərini seçsəniz daha sağlam qidalanmış olarsınız. Çünki üzərində ağ xətləri olan toyuq ətləri nə qədər yağlı olsa da orqanizm üçün faydaları yox dərəcəsindədir.
Firuzə Alimova / TurpKimi.com