Tüklərdən lazersiz asan yolla xilas ola bilərsiniz


Bədəndə, üzdə olan lazımsız tüklərdən xilas olmaq xanımların arzusudur. Qadınların ən böyük problemlərindən biri də məhz üz nahiyəsində olan lazımsız tüklərdir. 

tuklerden-lazersiz-asan-yolla-xilas-ola-bilersiniz
30.09.2023 01:17 2 dəq oxuma

Bığ, çənə altı hissələrdə bitən tüklər lap zəhlətökəndir. 

Bu tüklərdən xilas olmağın bir çox yolu olsa da, lazer və ya iynəli epilyasiya kimi üsullar pul tələb edir və  bəzən dəri sağlamlığına zərər verə bilər.

Büdcəniz məhduddursa və ya kimyəvi məhsullardan qaçınmağı seçirsinizsə, üzdəki tüklərdən xilas olmağın bir neçə təbii yolu var. 

Noxud unu və limon suyu qarışığı: 

Bu ənənəvi həll ucuz və ümumiyyətlə risksizdir.  Üç xörək qaşığı noxud ununu iki xörək qaşığı limon suyu ilə qarışdırın. Qarışığa bir çay qaşığı təbii qatıq əlavə edin. Əldə etdiyiniz kremi tüklərin olduğu bölgələrə tətbiq edin və 30 dəqiqə gözləyin. Sonra üzünüzü diqqətlə yuyun. Bu üsulu həftədə bir dəfə tətbiq etdiyinizdə, tükləri azaldacaq və dəri tonunu açacaq.

Soda və qəhvə qarışığı: Qəhvə və soda qarışığı  tüklərlə mübarizədə təsirli vasitədir. İki çay qaşığı qəhvə, bir çay  qaşığı sodaya yarım fincan su əlavə edərək  qarışdırın. Məcun halına  gələnə qədər qarışdırın.  Üz və ağız ətrafına tətbiq edin. Beş dəqiqə gözlədikdən sonra yuyun və tüklərdəki azalmanı müşahidə edin.

Süd və sarıkök qarışığı: Süd və sarıkök qarışığı tükləri qurudaraq tökür. Bir yemək qaşığı süd ilə bir çay qaşığı sarıkökü qarışdırın.Qarışığı dəriyə sürtün və təxminən yarım saat gözlədikdən sonra yüngül dairəvi hərəkətlərlə durulayın. Bu üsulu həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Təbii üsullar həm dərinizi gözəlləşdirəcək, həm də təbii gözəlliyinizi ön plana çıxardacaq. 

Bu təbii vasitələrdən istifadə etməzdən əvvəl allergiyanızın olub-omadığından əmin olun. Qarışıqları öncə kiçik bir nahiyəyə çəkərək test edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com