Tüpürcəyiniz çəhrayı rəngdədirsə, bu xəstəliyin əlamətidir


Fərqli görünən əlamətlərdən yan keçməyin...

tupurceyiniz-cehrayi-rengdedirse-bu-xesteliyin-elametidir
28.07.2023 16:53 1 dəq oxuma

Tüpürcəyiniz çəhrayı rəngdədirsə, diş əti xəstəliyiniz ola bilər.

Araşdırmalar göstərib ki, diş əti xəstəliyi bəzi sadə simptomlarla özünü göstərə bilər.

Mütəxəssislər qeyd edir ki, diş əti problemləri müalicə olunmadığı zaman daha pis xəstəliklərə səbəb olur.

Texas A&M Universitetinin stomatologiya fakültəsinin Periodontit rəhbəri Deborah Foyl bildirir ki, “gingivit dişlərdəki bakteriyaların diş ətini qıcıqlandıran məhsullar ifraz etməsi nəticəsində yaranır”.

Yaxşı qorunan ağız gigiyenasının diş əti xəstəliklərinin qarşısını almağın ən yaxşı yolu olduğunu ifadə edən mütəxəssis bunları vurğulayıb:

“İnsanlar dişlərini kifayət qədər fırçalamadıqları və diş ipindən istifadə etmədikləri üçün tez-tez diş əti iltihabına tutulurlar. Müalicə edilmədiyi təqdirdə bakteriyalar diş ətinin altındakı toxumalara keçərək onları məhv edir və bu da diş əti xəstəliklərinə səbəb olur”.

Siqaret çəkən, şəkərli diabeti olan və ya dişlərini sıxan insanların diş əti xəstəliyinə tutulma şansının daha yüksək olduğu vurğulanır.

Diş ətini sağlam tutmağın yolunun son dərəcə sadə olduğunu bildirən mütəxəssislər gündə iki dəfə dişləri fırçalamağı, gündə bir dəfə diş ipindən istifadə etməyi və ən azı altı aydan bir diş həkiminə getməyi tövsiyə edir.

Firuzə Alimova / TurpKimi.com