Türk nazirdən xoş xəbər: "COVİD-19-un sonuna yaxınlaşmışıq"


Heç peyvəndə də ehtiyac qalmayacaq...

turk-nazirden-xos-xeber-covid-19-un-sonuna-yaxinlasmisiq
16.09.2020 22:36 1 dəq oxuma

“Elmi axtarışlar və əldə olunan nəticələr COVID-19-un sonunun yaxın olduğunu əlamətləndirir. Tədbirlərə düzgün əməl olunarsa, pandemiyanın son kritik aylarının yaxınlaşması mümkündür”.

TurpKimi.com bildirir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib.

F.Qoca deyib ki, yeni növ koronavirusla mübarizə ilə bağlı hazırlanan peyvəndlərdən ümidverici nəticələr əldə olunmaqdadır: “Hazırda  dünyada tətbiqinə hazırlıq mərhələsində olan 9 növ peyvənd var. İngiltərə, Almaniya və Çin artıq tətbiqə başlayıb. Biz də Türkiyə olaraq hazırlıqlara başladıq. Yerli peyvəndlərlə bağlı 13 fərqli fəaliyyətlərimiz təcrübə mərhələsindədir. Çindən gətirilən peyvənd bu gün Hacettepe Universitetində  3 könüllü tibb işçisi üzərində tətbiq olunub. İl sonuna qədər dünyada bir çox ölkədə kütləvi peyvənd tətbiqinə başlanması gözlənilir”. 

Nazir qarşıdakı aylarda tədbirlərə ciddi əməl olunarsa, peyvəndlərə də ehtiyac qalmayacağını vurğulayıb: “Peyvənd müalicə etmir, infeksiyaya yoluxmamaq üçün müqavimət yaradır. Unutmamalıyıq ki, virus mutasiyaya uğramayıb, ağır təsirləri davam etməkdədir. O səbəbdən də maska, məsafə və gigyenik qaydalara əməl etmək çox vacibdir”.

APA / TurpKimi.com