Türk professor - “Virusa hamı yoluxacaq”


Koronavirus bütün dünyanın əsas müzakirə mövzusu olub.

turk-professor
26.03.2020 00:11 1 dəq oxuma

Proqnozlar xeyli bədbin səslənir. Dünyada insanların böyük hissəsinin virusa yoluxacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, ABŞ-da yaşayan məşhur cərrah Mehmet Öz lap bədbin fikirlər səsləndirib. Türk professor “virusa hamı yoluxacaq” deyib.

Mehmet Özin fikrincə, vaksin tapılsa belə, bu, ümumi bəlaya çarə olmayacaq. “Hər mutasiya zamanı vaksin effektini itirəcək”,- professor fikrini belə izah edib.

Mehmet Öz deyib ki, virusa nə qədər gec yoluxsaq, bir o qədər yaxşıdır: “Ola bilər ki, bəzimiz yoluxmuşuq da, sağalmışıq da, amma bundan xəbərimiz olmayıb”.

Türk professor immun sistemini gücləndirməyin vacibliyindən danışıb. O, idman etməyi, sarımsaq, meyvə, tərəvəz, yoqurt yeməyi, yaşıl çay, kefir içməyi məsləhət görüb.

TurpKimi.com

loading...