İslam adı altında qadınların əlindən alınan azadlığı...
Qədim Babilistan
Qədim Babilistanda qadınlar özlərinin pəncərəsi olmayan otaqlarını tərk edərək küçəyə çıxa bilməzdilər. Kişilərin söhbətinə qoşulmağa, fikir bildirməyə hüquqları rəsmən yox idi. Hətta onlar ailənin kişi üzvləri ilə eyni süfrədə çörək yeyə bilməzdilər. Çörək yeyilən zaman onlar ailənin kişi üzvlərinin qulluğunda hazır vəziyyətdə durmalı idilər. Bu zaman onların oturmaq hüququ da yox idi.
Yəhudilərdə
Yəhudilərdə isə qadının durumu daha acınacaqlı idi. Ər arvadından incisəydi, onu boşaya bilərdi. Qadının isə heç bir halda boşanma hüququ yox idi. Arvad ərinə xəyanət edərdisə, daş-qalaq edilərək öldürülürdü. Kişi istədiyi qədər arvad ala bilərdi.
Qədim Romada və Yunanıstanda
Qədim Romada qadın qeyri-yetkin, ağılsız varlıq sayılırdı. Qadın mülk sahibi ola və vəsiyyət edə bilməzdi. Qadın dul qalırdısa, bir daha evlənmək hüququ yox idi.
Qədim Türklərdə
Ən əski türk inanclarından birinə görə, Xaqan və qadını (Xan və Xatun) Göy övladlarıdır. Beləliklə, qadın Xaqana bərabər tutulur və qutsallaşdırılırdı. Əski türklərdə qadın kişinin silahdaşı, etibarlı dostu və dayağı idi.Dünyanın bir çox yerində qadının heç bir hüququ olmadığı çağda türk qadınının miras haqqı vardı, hər bir qadının özünə məxsus mülkü və mülkdən istədiyi kimi yararlanmaq haqqı vardı.Qadının da kişilər kimi boşanma haqqı vardı, kişi qadınını boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi. Xaqanın göstərişi yalnız «Xaqan buyurur...» ifadəsi ilə başlardısa, keçərli sayılmazdı. Yazılı əmrlərə xaqanla bərabər, xatun da imza atardı və göstərişlər «Xaqan və xatun buyurur...» ifadəsi ilə bəlli edilərdi.Qadın və kişinin hüququ bərabər idi. Qadının bir əri olduğu kimi, kişinin də bir qadını olurdu. Qadın hökmdar, qalanın qoruqçusu, dövlətin elçisi, əsgər, ordu başçısı və hərbi şuranın üzvü ola bilirdi.
Firuzə Alimova / TurpKimi.com