Türkiyə prezidenti “WhatsApp”dan imtina etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" messencerindən istefadədən imtina edib.

turkiye-prezidenti-whatsapp-dan-imtina-etdi
10.01.2021 23:26 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, Ərdoğanın messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər olub.

 Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.