Türkiyə Rusiyanın peyvəndini almaqdan imtina etdi - SƏBƏB


ÜST və dünya ölkələri bu peyvəndi ala bilməz.

turkiye-rusiyanin-peyvendini-almaqdan-imtina-etdi
09.12.2020 23:38 1 dəq oxuma

Türkiyə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı hazırlanmış Rusiya istehsalı olan peyvəndi almaqdan imtina edib.

Bu barədə “Habertürk” Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya istinadən məlumat yayıb.

Nazir bildirib ki, Rusiya istehsalı olan peyvənd adenovirusludur: “Problem peyvəndin GLP tələblərinə cavab verməməsindən qaynaqlanıb. Bu səbəblə ÜST və dünya ölkələri bu peyvəndi ala bilməz”.

F. Qoca Rusiya istehsalı peyvəndin Türkiyədə lisenziya ala bilməyəcəyini də vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin səhiyyə nazirinin peyvəndlə bağlı fikirlərinə münasibət bildirib. O qeyd edib ki, koronavirusa qarşı Rusiya peyvəndinin testi və sınağının nəticələri onun effektliyini və etibarlılığını göstərir.

"Birmənalı olaraq Rusiya peyvəndinin testlərinin və sınaqlarının nəticələri onun effektliyini və etibarlılığını göstərir", - deyə D. Peskov vurğulayıb.

APA / TurpKimi.com