Testlərin etibarlılıq göstəricisi isə 95%-dir.
İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi, Sabancı Universiteti və TÜBİTAK Beynəlxalq Metrologiya İnstitutu tərəfindən kompüter tomoqrafiyası üçün nəzərdə tutulan süni intellekt əsaslı proqram hazırlanıb.
“Haber Global”ın məlumatına görə, proqram sayəsində ağciyərlərdə koronavirusu 50 saniyə ərzində təsbit etmək mümkündür. Testlərin etibarlılıq göstəricisi isə 95%-dir.
Cərrahpaşa Tibb Fakültəsinin Radiologiya kafedrasının rəhbəri elmlər doktoru, professor Osman Qızılağacın sözlərinə görə, yeni proqram bir növ həkim köməkçisi qismində çıxış edir. Onun sayəsində xəstələrdə COVID-19-u daha tez aşkar etmək olur ki, bu da müalicə prosesini daha da sürətləndirir.
Həkim bildirib ki, yeni proqram üzərində işlər tamamlandıqdan sonra onun satışa çıxarılması da mümkündür.
Oxu.az / TurpKimi.com