Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Türkiyə koronavirusa qarşı mübarizədə yeni peyvənd hazırlayıb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, "İntranazal" adlı yeni peyvənd sprey formasındadır və buruna qəbul edilir. Bu dünyada ilk sayılır. Səhiyyə nazirinin sözlərinə görə, yaxın günlərdə peyvəndin ilk sınaq mərhələsi başlayacaq. "İntranazal" ümumilikdə 3 sınaq mərhələsindən keçəcək.
Bildirilir ki, sprey formasında olan peyvəndin istehsalı asandır. Qısa müddət ərzində yüksək miqdarda peyvənd istehsal etmək mümkündür.
Metbuat.az / TurpKimi.com