TURPKİMİ.COM - 1 yaşını qeyd edir


Sağlamlığın sirri bizdə!

turpkimi-com
03.03.2020 18:50 1 dəq oxuma

Bu gün TurpKimi.com 1 yaşını qeyd edir.

İnsanların sağlamlığını əsas tutaraq yola çıxan portal bu müddət ərzində kifayət qədər oxucu sayı toplamağa nail olub.

“Sağlamlığın sirri bizdə!” şüarı altında maarifləndirici və faydalı məlumatlar paylaşmaqla sağlam ailə və cəmiyyətin formalaşması üçün səy göstəririk.

Sayt Emin Əsədovun rəhbərlik etdiyi Novum MMC-nin dəstəyi ilə fəaliyyət göstərir. Yazıları hazırlayıb dərc edən Vüsalə Əlövsətqızı və Firuzə Alimovadır. Texniki dəstəkdə əməyi keçənlər isə Eldar Zeynallı və Nihad Məmmədovdur.

Qeyd edək ki, TurpKimi.com sağlamlıq portalı 3 mart 2019-cu ildən fəaliyyət göstərir. 

Bizimlə əl-ələ verib sağlamlığınızın qayğısına qalın. Unutmayın, bir insanın həyatda ən böyük qazancı sağlamlığıdır.