Jack Dorsey sağlam və işinə yararlı ola bilmək üçün keçirdiyi bir günündən danışıb.
Dünyanın ən çox istifadə olunan sosial media şəbəkələrindən biri olan “Twitter”in qurucusu və icraçı direktoru, milyarder Jack Dorsey qonaq olduğu verilişdə bir gününün necə keçdiyini və sağlam qala bilmək üçün nələr etdiyini danışıb.
Səhər saat 5-də buz vannası qəbul edən, işə 8 km yürüyərək gedən və gündə bir dəfə yemək yeyən Dorseyin bir günlük həyat tərzi belədir:
- Səhərlər yemək yemir. Evindən 8 km uzaqda yerləşən ofisinə yürüyərək gedir.
- Yürüş etməklə düşünmə şansı qazandığını deyən Dorsey “yürüməkdən çox qaçan kimi görünürəm. Mümkün ola bildiyi qədər çoxlu günəş işığı almağa çalışıram. 9-da işləməyə başlayıram”, deyib.
- Dorsey gün ərzində heç yemək yemir. İlk və yeganə yeməyini axşam saat 6 ilə 9 arasında yeyir. Menyuda balıq, toyuq ya da ət, yanında salat, ispanaq, kələm olur. Daha sonra şirniyyat kimi meşə meyvələri, tünd şokolad yeyir və qırmızı şərab içir.
- Cümə axşamı yemək yemir və bazar axşamına qədər ağzına heç bir şey vurmur. Səbəbini “günlərimiz çox yemək yeməklə keçir”, - deyə izah edib.
- Dorsey həftə sonu 3 gün yemək yemədiyi zaman özünü qəribə hiss etdiyini, lakin sonra vərdiş olduğunu deyib: “İlk dəfə, səhv etmirəmsə, 3-cü gün idi, özümü qallüçinasiya görən kimi hiss etdim, qəribə hiss idi. Amma öyrəşdikcə günlərimizin nə qədər çox yemək yeməyə getdiyini gördüm. Nə qədər uzun müddətli oruc tutsam, zaman o qədər asta gedir”.
- Dorseyə görə oruc tutmaq və meditasiya etmək onun idarə etdiyi “Twitter” və “Square” şirkətlərinə daha yararlı ola bilməsini təmin edir.
Sauna və buz kimi duş...
- “Twitter” CEO-sunun rahatlanacağı başqa bir üsul 104 dərəcəlik saunada 15 dəqiqə qalmaq, daha sonra 3 dəqiqə 2 dərəcəlik su ilə dolu vannaya girməkdir.
- Dorseyin iş masasında infraqırmızı lampa var. Bu lampanın stressi və ağrını azaltdığı, insanı daha yaxşı hiss etdirdiyi iddia edilir.
- Silikon Vadisindəki bir çox elm işçisinin texnologiyadan uzaq durmaq və sağlamlığını qorumaq üçün müxtəlif üsullardan istifadə etdiyi məlumdur. Lakin Dorseyin bunu bir addım daha yüksək səviyyədə etdiyi şərh edilir.
“Mənə özgüvən hissi verir”
- Yeni günə soyuq su dolu vannaya girərək başladığını deyən Dorsey “heç bir şey mənə otağın istiliyindən çıxıb buz kimi vannaya girməyin verdiyi zehni özgüvəni verə bilməz. Əgər bu qədər kiçik görünən, amma adamın canını ağrıdan bir şeyi etməyə iradəm varsa, həmin an hər şeyi edə biləcəyimi hiss edirəm”, - deyib.
- Dorsey vanna qəbul etdikdən sonra 1 saat meditasiya edir. Axşamlar da 1 saatını meditasiyaya ayıran 42 yaşlı milyarder 20 ildir bunu etdiyini bildirib.
Firuzə Alimova / TurpKimi.com