Herpes simpleks virusunun səbəb olduğu və yoluxucu uçuqların müalicəsində dərmanla yanaşı təbii üsullardan da istifadə edə bilərsiniz. Təbii vasitələr uçuğun sağalmasını tezləşdirəcək.
Uçuq az qala hamının başına gələn bir virusdu. Uçuqlara səbəb olan infeksiya antiviral dərman ilə müalicə edilir. Ancaq dərmanlardan istifadə etmədən də sağaltmaq mümkündür.
TurpKimi.com uçuqların müalicəsində istifadə edilən 8 təbii üsul haqqında vacib məlumatları oxucuları ilə bölüşür.
1. Buz
Uçuqlara gündə 2-3 dəfə buz torbası qoyun. Buz küplərini ən azı 45 dəqiqə uçuğun üstündə saxlayın və təxminən 2 gün müalicəyə davam edin. Bu üsul ağrını və uçuqların ölçüsünü azaldır.
2. Sarımsaq
Sarımsaq uçuğun müalicəsində təsirli və daha çox istifadə edilən bir üsuldur. Nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticə əldə edəcəksiniz. Əgər dodağınız qaşınırsa və uçuqdan şübhələnirsinizsə dərhal sarımsaqla ovun.
3. Bal
Bal uçuğun müalicəsində istifadə edilən ən təbii və qədim üsullardan biridir. Əllərinizi yuyun, barmağınıza bir az bal yaxın və uçuğun üzərinə tətbiq edin. Balı təxminən 15 dəqiqə saxlayın. Prosesi gündə ən azı 3 dəfə təkrar edin. Bal uçuğu dezinfeksiya edəcək və tez sağalmasına kömək edəcək.
4. Limon
Limon uçuqları təsirli şəkildə müalicə edən mükəmməl bir antiseptiktir. Bir kasaya limon sıxın. Pambığa batırıb uçuğun üstünə qoyun. Prosesi gündə 3-4 dəfə təkrar edin və bir neçə dəqiqə gözlədin.
5. Alma sirkəsi
Alma sirkəsi uçuqdakı qıcıqlanmanı və qaşıntını azaldır. Bir pambığa bir az alma sirkəsi töküb uçuğa tətbiq edin.
6. Limonlu su
Sulanan yaranı mümkün olduqca tez sağaltmaq üçün qurutmaqdan daha yaxşı çarə yoxdur. Bir pambığa bir neçə damcı limonlu su damladın və uçuğu astaca silin.
7. Çay ağacı yağı
Uçuqlar üçün bir başqa təsirli təbii çarə çay ağacı esansial yağıdır. Bu mükəmməl antiviral uçucu yağ uçuq virusunu və bakteriyaları öldürür. Soyuqdəyməyə qarşı da yaxşı çarədir. İstifadəsi sadədir və ilk qıcıqlanma anından başlayaraq uçuqlar itənə qədər tətbiq edilməlidir. Bir pambığa 1 damla saf çay ağacı yağı sürtün və 2 damla su ilə açın, yəni qarışdırın. Uçuğu gündə ən azı 5 dəfə pambıqlı çubuqla silin. Axşam yatmazdan əvvəl uçuğa bir damla yağ damladın, bandla sarıyın və yatın. Çay ağacı yağı uçuğun şişməsini və yanma hissini azaldacaq.
8. Çobanyastığı
Qurudulmuş və doğranmış çobanyastığı çiçəklərini sıyıq halına salın. Daha sonra yumşaq məcun əldə etmək üçün ilıq su ilə qarışdırın. Hazırladığınız məcunu birbaşa uçuğun üzərinə tətbiq edin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com