Uğursuzluq yoxdur, yenidən doğuş vardır!   - Kintsuqi fəlsəfəsinin gücü


Həyatda sınmadan, yaralanmadan, çətinlik çəkmədən  irəliləmək mümkündürmü?

ugursuzluq-yoxdur-yeniden-dogus-vardir
31.01.2025 16:04 3 dəq oxuma

Yaponiyanın qədim sənəti olan Kintsuqi  qırılmağı, sınmağı bir qüsur kimi görmür.  Qiymətli bir dəyişmə kimi görür. 

Həyatda bəzən sınarıq, incinərik. Ürəyimiz, ruhumuz, hətta xəyallarımız parçalanar. Ancaq Yaponiyadan gələn Kintsuqi fəlsəfəsi bizə qırılmanın bir son deyil, yeni bir başlanğıc olduğunu izah edir. "Qırıq olan daha qiymətlidir" anlayışı ilə  şəkillənən bu sənətin fəlsəfəsi də həyatın özü qədər dərindir.  Qırılan dulusçuluq qabları  qızılla təmir edilir və  qüsurları gizlətmək yerinə onları sənətə çevirirlər. 

Bu fəlsəfə həyatımıza necə tətbiq olunar?  Kintsuqinin mənası, tarixi və gündəlik həyata qatdığı ilhamverici rolu nədən ibarətdir? 

Kintsuqi (金継ぎ) yapon dilində  qızılla birləşdirmə" mənasını verir.

Qırılmış və ya çatlamış dulusçuluq məmulatlarını qızıl, gümüş və ya platin tozu ehtiva edən xüsusi bir lakla təmir etmə sənətidir.

Qüsurları örtmək yerinə onları ön plana çıxararaq daha qiymətli bir hala gətirir. Zen Buddizmi, Vabi-Sabi və Yapon estetik anlayışı ilə dərindən əlaqəlidir.

Təməl Fəlsəfə: Qırılan şeylər təmir edildikdə köhnə görünüşündən daha gözəl və mənalı ola bilər!

Kintsuqinin Tarixi və Mənşəyi

15-ci əsrdə Yaponiyada yarandı. Rəvayətə görə Yapon hökmdarlarından biri qırılan çay kasasını Çinə təmir üçün göndərdiyində kobud metal burğularla geri dönüb. Bu təmir çirkin olduğu üçün Yapon sənətkarları daha estetik bir yol fikirləşiblər.  Qızılla təmir!

Beləcə Kintsuqi sənəti yarandı  və zamanla həyata baxışı dəyişdirdi.

Kintsuqi Fəlsəfəsinin 4 Təməl Qanunu

Qırılmaq Bir Qüsur Deyil, Bir Hekayədir

Kintsuqi, qırılmağı bir səhv kimi deyil, dəyişmə müddəti olaraq görər. 

Qüsurlarınızı gizlətməyin, çünki onlar sizi siz edər.

Təmir Dəyərdən Azaltmaz - Əksinə Daha Qiymətli Edər

Eynilə qızılla təmir edilən dulusçuluq qabları kimi, yaşadığınız çətinliklər sizi daha güclü edə və mənalı  həyat tərzi yaradar. 

Heç bir Şey Sonsuza Qədər Qüsursuz Qalmaz

Həyatda hər şey dəyişər, zamanla hər şey qırıla bilər və ya ziyan görə bilər. Əhəmiyyətli olan  dəyişimə  necə reaksiya verdiyinizdir.

Yenidən Doğuş və Çevrilmə Mümkündür

Keçmişdə yaşadıqlarınız sizi ifadə edə bilməz. Qırıldığınız yerdən daha güclü qalxa bilərsiniz.

Kintsuqini Həyata Necə Tətbiq edə bilərik?

Duyğusal Qırılmalarınızı Qəbul edin

Hamımız həyatın bir nöqtəsində duyğusal  olaraq qırılarıq. Bu qırıqları gizlətmək yerinə onları bir öyrənmə müddəti kimi görmək, dayanıqlılığınızı artırar.

Həyatınızdakı İtkiləri və Müvəffəqiyyətsizlikləri Sənətə Çevirin

Kintsuqinin özündəki kimi, həyatınızdakı qırılmaları qızıl toxunuşlarla təmir edin. Yəni keçmişdəki səhvlərinizi və ya müvəffəqiyyətsizliklərinizi qiymətli təcrübələrə çevirin.

Qüsurlarınızla Barışın və Onları Sevin

Bu gün hər kəs qüsursuz görünməyə çalışır. Ancaq Kintsuqi, qüsurların gözəlliyin bir parçası olduğunu xatırladar. Mükəmməl olmaq yerinə, xüsusi olmağa fokuslanın!

Dəyişməkdən Qorxmayın

Dəyişmə qaçınılmazdır. Eynilə qırılan bir dulusçuluq qabı kimi, bəzən həyatımızdakı hadisələr də bizi parçalar. Ancaq bu qırılmalar yeni başlanğıclara gətirib çıxardar.

Vüsalə Əlövsətqızı, TurpKimi.com