Ukrayna səhiyyəsi marixuanadan istifadəni dəstəklədi


Nə üçün istifadəsi də açıqlanıb...

ukrayna-sehiyyesi-marixuanadan-istifadeni-destekledi
08.07.2023 00:13 1 dəq oxuma

Ukrayna Səhiyyə Nazirliyi tibbi çətənə əsasında hazırlanan dərmanların leqallaşdırılmasını dəstəkləyib.

TurpKimi.com xəbər verir ki, bu barədə məlumatı Ukraynanın səhiyyə nazirinin müavini İqor Kuzin bildirib.

“Biz şübhəsiz ki, Səhiyyə Nazirliyi tərəfindən belə bir qanunvericilik təşəbbüsünü dəstəkləyirik”, - o qeyd edib.

Kuzinin sözlərinə görə, hazırda parlamentdə müzakirə olunan qanun layihəsi tibbi çətənədən hazırlanmış dərmanların tibbi məqsədlər üçün istifadəsinə icazə verilir. O vurğulayıb ki, bununla bağlı artıq bir çox ölkələr qanunvericilikdə müvafiq dəyişikliklər qəbul ediblər.

Mənbə: UNİAN

Firuzə Alimova / TurpKimi.com