Ukraynalı qaraçılar ruslara məxsus tankı oğurlayıblar


Bu gün Ukraynada yaşayan qaraçılar Rusiya qoşunlarına məxsus bir tankı oğurlayıblar.

ukraynali-qaracilar-ruslara-mexsus-tanki-ogurlayiblar
27.02.2022 13:16 1 dəq oxuma

Ukrayna KİV-ləri xəbər verir ki, hadisə Kaxovka yaxınlığında, Xerson vilayətinin Lyubimovka kəndində baş verib.

"Xerson rayonu "isti"dir. Lyubimovka kəndində qaraçılar tank oğurlayıblar. Yenə də. Qaraçılar. Tank. Oğurlayıblar. Ruslardan", - deyə yerli sakinlərdən biri yazıb.

Xatırladaq ki, Çerniqov vilayətində dinc sakinlər rus tanklarının qarşısını almağa cəhd ediblər. (Ordu.az)