Unitazın qapağı “uçan” viruslardan qoruyurmu? - Araşdırma


Tualetdə ən çirkli yer də müəyyən olunub...

unitazin-qapagi-ucan-viruslardan-qoruyurmu
30.01.2024 00:36 1 dəq oxuma

Yuyulmadan əvvəl tualetin qapağını bağlamaq tualeti çirkləndirən virus riskini azaltmır.

TurpKimi.com xəbər verir ki, bunu “American Journal of Infection Control” (AJIC) jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər tualetin qapağının bağlanmasının virusların yayılmasının qarşısını alıb-almadığını öyrənmək üçün evdə və ictimai tualetlərdə su çirkləndiricisi kimi bakteriofaq MS2-dən istifadə ediblər.

Məlum olub ki, qapağın bağlanmasının tualetdə divar və döşəmənin çirklənməsinə demək olar ki, heç bir təsiri yoxdur. Üstəlik, tualetin sol tərəfindəki divar qapaq bağlandıqda bakteriofaqla daha çox çirklənib. Ən çirkli yer isə tualet oturacağının alt hissəsi olub.

Xlorid turşusu ilə dezinfeksiya tualet suyundakı çirklənməni 99,99% nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. 

Araşdırmanın nəticələri göstərib ki, tualetin qapağını bağlamaq tualet səthlərinin çirklənmə riskini azaltmır, yəni müntəzəm dezinfeksiya daha vacibdir.

Firuzə Alimova / TURPKİMİ.COM