Ürək-göbəyi düşmək nəyə deyilir? - 7-dən 70-dək hamı bilməli


Ani hərəkət və ağır yük qaldırma nəticəsində qarında hiss etdiyiniz ağrı el arasında ürək göbəyi düşmə və ya göbək düşməsi adlanır. 

urek-gobeyi-dusmek-neye-deyilir
08.04.2019 19:08 2 dəq oxuma

7-dən 70 yaşa qədər hər kəsin başına gələn göbək düşmə ciddiyə alınmalıdır.   Bu zaman qarnın içindəki orqan yerini dəyişir. Ənənəvi olaraq tətbiq edilən səhv müalicələr ciddi və uzunmüddətli problemlərə səbəb ola bilər. 
 
TurpKimi.com göbək düşməsi ilə bağlı bəzi məlumatları təqdim edir:

 Əlamətləri:
 
-Göbək və ətrafında ağrı və ya ağırlıq hiss edilməsi
 -Göbək və ətrafında şişkinlik, şiş və həssaslıq əmələ gəlməsi
 -Halsızlıq, mədə pozğunluğu, yorğunluq, yorğun hiss etmək
 -Qarın bölgəsində qaz yığılması və şişlik
 -Yeməkdən sonra şişkinlik, ürək bulanması, ağızda turşuluq hiss edilməsi, isti və tər basması, baş ağrısı və tərləmə
 -Müvazinət pozğunluğu, yuxusuzluq və tənbəllik
 -Qarın ağrısı, qızdırma, qusma, ishal kimi xəstəliklər
 -Yüksək qızdırma


 
Səbəb olur:

Göbək düşməsinin ən geniş yayılmış səbəbi ağır bir əşya qaldırdıqdan sonra yaranır. Ayrıca ani hərəkət, istilik dəyişikliyi, külək və ya kondisioner "vuranda" da  göbək düşməsi meydana gələ bilər.  Göbək düşməsinin əsas səbəbi qarın içi təzyiqinin müxtəlif səbəblərlə artması, qarın pərdəsində zəif sahələrin və dəliklərin əmələ gəlməsidir. Bu problemlər hamiləlikdə, ağır əşya daşımaq, artıq çəkidən  yarana bilər.
 
Müalicəsi:


  İlk vaxtlarda göbəkdə əmələ gələn şiş yox olsa da, zamanla göbəyin əhatə etdiyi sahənin miqyası genişləndikcə bu şişlər uzunmüddətli ola bilər. Bəzi hallarda isə  daxildəki proseslər boğulur və çürümə yarana bilər, bu halda təcili cərrahi müdaxilə etmək lazımdır. Göbək düşməsində bir çox müalicə üsulu tətbiq olunur. Bu üsullardan ən geniş yayılmışı stəkanla dartma üsuludur.

Bu ənənəvi üsulla göbək dəliyinə bir miqdar pambıq qoyulur və alışqan ilə yandırılır, yanan pambığın üzərinə bir su stəkanı göbək deşiyini örtəcək şəkildə qoyulur. Stəkanın içərisində yanan pambıq bölgədə qan dövranını artırır və göbəyin  yerinə gəlməsini təmin edilir. Əzələ işlədən dərmanlar və  isti tətbiq etmək də göbək  düşməsinə  faydalı olacaq. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com