Bu içkinin tərkibində ürəyin sağlamlığını dəstəkləyən kalium və maqnezium var...
Qəhvə arterial hüceyrələrin daxili təbəqəsinin fəaliyyətini yaxşılaşdırır, damar tıxanıqlığının və aterosklerozun qarşısını almağa kömək edir.
TurpKimi.com xəbər verir ki, bunu kardioloq İosif Şubitidze “Gazeta.Ru”ya bildirib. Onun sözlərinə görə, bu içkinin tərkibində ürəyin sağlamlığını dəstəkləyən kalium və maqnezium var.
“Kofe hüceyrələrin insulinə həssaslığını artırır və ürək-damar xəstəlikləri üçün ciddi risk faktoru olan şəkərli diabetin inkişaf riskini azaldır. Kofeindən əlavə, qəhvənin tərkibində iki minə yaxın maddə, o cümlədən B qrupu vitaminləri, kalium və maqnezium var ki, ürək ritmini normal saxlamaq üçün çox faydalıdır”, - Şubitidze qeyd edib.
O vurğulayıb ki, kofein birləşdirici toxumanın böyüməsinə mane olur. Bu, aritmiya ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Həkim həmçinin gündə dörd fincandan çox qəhvə içməməyi məsləhət görüb.
Firuzə Alimova / TURPKİMİ.COM