Ürəyin qidası olan faydalı vasitələr...
Mütəxəssislər ürək və damar sağlamlığına yaxşı təsir edən qidaların siyahısını hazırlayıblar.
TurpKimi.com xəbər verir ki, ilk sırada yaşıl çayın adı çəkilir.
Yüksək nisbətdə antioksidant, A, E və C vitaminləri ehtiva edən yaşıl çay ürək xəstəliklərinin qarşısını alır. Gündə ən az 1 fincan yaşıl çay istehlak edə bilərsiniz.
Balıq
Omeqa 3 yağ turşusu somon və ton balığında çoxdur və ürəyin sağlamlığı baxımından olduqca əhəmiyyətlidir. Həftədə ən az bir dəfə somon balığı və ya ton balığı istehlak edilməsində fayda var.
Tünd şokolad
Tünd şokolad ürək və damar sağlamlığı üçün faydalıdır. Gündə 2 ya da 3 parça tünd şokolad istehlak etmək həm təzyiqi, həm də pis xolesterolu aşağı salmağa kömək olur.
Qoz
Qozda olan yağ turşuları orqanizmi ürək xəstəliklərinə qarşı qoruyur. Ürək və təzyiq xəstələrində qan təzyiqini nizamlayır. Qanın laxtalanması zamanı qoz yemək qan laxtalanmasına mane olur. Gündə bir neçə ovuc qoz yemək ürəyə gedən qan dövranını nizamlayır, damar sərtləşməsinin qarşısını alır və ürək xəstəlikləri riskini azaldır.
Yulaf əzməsi
Tərkibində olan liflər ürək sağlamlığını qoruyur. E və B vitamini ehtiva edir, bu da xəstəliklərin qarşısını alır.
Quşqonmaz (mərəcüyüd)
Zərərli yağ hüceyrələrini orqanizmdən uzaqlaşdırır və xolesterolun aşağı düşməsinə kömək edir. Ürək üçün çox faydalıdır.
İspanaq
Kalium dəyəri yüksək olduğu üçün ürək dostu olan bir qidadır. İspanaq çox miqdarda mineral və vitamin ehtiva edər. Tərkibində Omeqa-3 yağ turşuları da var. Faydalı olması üçün təzə, buxarda bişirilmiş və ya qısa müddətdə qaynadılmış şəkildə istehlak etmənizdə fayda var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 07-05-2021