Ürək xəstəliyinin gözlənilməz əlaməti açıqlanıb


Səbəbi var...

urek-xesteliyinin-gozlenilmez-elameti-aciqlanib
29.12.2020 11:08 1 dəq oxuma

“Blood Pressure UK” təşkilatının mütəxəssisləri ürək-damar xəstəliklərinin gözlənilməz əlamətini açıqlayıblar.

Bu barədə “Daily Exress” xəbər verir.

Onların fikrincə, ayaq biləyinin şişməsi yüksək qan təzyiqi riskini göstərə bilər.

Mütəxəssislər yüksək qan təzyiqinin insanın qan damarları və orqanlarında əlavə stressə səbəb olduğunu, bunun ürək əzələsinin hipertrofiyasına və qan dövranının azalmasına səbəb ola biləcəyini izah ediblər.

Alimlər vurğulayıblar ki, məhz bu səbəbdən maye ayaq biləyinə yığılır və şişməyə səbəb olur.

Oxu.az / TurpKimi.com