Ürəkbulanmaya yaxşı təsir edən 8 qida və faydaları


Ürəkbulanma mədədə narahatçılıq hissi və qusma istəyini göstərən bir simptomdur. Ürəkbulanma bir çox səbəbdən ola bilər.

urekbulanmaya-yaxsi-tesir-eden-8-qida-ve-faydalari
23.07.2024 22:27 2 dəq oxuma

Doğru qida seçimi ilə mədədə narahatlığı mümkün qədər aradan qaldırmaq olar. Zəncəfil, nanə, banan, düyü, alma, qatıq, kəklikotu çayı və qaymaqlı şorbalar ürək bulanmasını yüngülləşdirmək üçün təsirli ola bilər. Bu qidalar həzm sistemini rahatlaşdırar və mədəni sakitləşdirər.

Ürək bulanması uzun müddət davam etsə və ya şiddətlənsə həkimə müraciət edin. 

TurpKimi.com ürək bulanmasına yaxşı təsir edən qidalar haqda yazacaq:

1. Zəncəfil

Faydaları:

Zəncəfil ürək bulanmanı yüngülləşdirmək üçün ən çox təklif edilən təbii vasitələrdən biridir.Tərkibində  gingerol və shogaol komponentləri mədə əzələlərini rahatlaşdırar və həzm müddətini sürətləndirər. Zəncəfil çayı, təzə zəncəfil kökü və ya zəncəfilli saqqız ürək bulanmanı yüngülləşdirmək üçün istifadə edilir.

2. Nanə

Faydaları:

Nanə ürək bulanmasını sakitləşdirici və rahatlaşdırıcı xüsusiyyətlərə malikdir. Tərkibində olan mentol həzm sistemini sakitləşdirir. 
Nanə çayı və ya təzə nanə yarpaqları ürək bulanmanı yüngülləşdirmək üçün təsirli ola bilər.

3. Banan

Faydaları:

Banan ürək bulanmanı aradan qaldıran yumşaq və həzmi asan olan bir meyvədir. Eyni zamanda elektrolit tarazlığını təmin etməyə köməkçi olar.
Mədəni yormadan enerji təmin edər və həzm sistemini rahatlaşdırar.

4. Düyü və Düyü Suyu

Faydaları:

Düyü və düyü suyu  mədəni rahatlaşdıran və ürək bulanmanı yüngülləşdirən qidalar arasındadır. Yüngül bir yemək kimi  həzmi asandır və mədəni sakitləşdirər. Xüsusilə qaynadılmış ağ düyü və düyü suyu  ürək bulanmasına yaxşı təsir edə bilər.

5. Alma

Faydaları:

Almada həzm sisteminə yaxşı təsir edən pektin var və həm də ürək bulanmaya müsbət təsir edir. Alma püresi və ya alma dilimləri ürək bulanmanı yüngülləşdirmək üçün istehlak edilə bilər.

6. Qatıq

Faydaları:

Qatıq probiotikdir. Həzm sistemini tarazlayar və ürək bulanmanı azalda bilər.
Yüngül və asan həzm edilən qatıq mədəni rahatladır.

7. Kəklikotu çayı

Faydaları:

Kəklikotu çayı ürək bulanmanı aradan götürür və həzmi asanlaşdırır. Antimikrob və antiinflamatuar xüsusiyyətləri ilə mədəni rahatlaşdırar.

8. Qaymaqlı,  qatıqlı şorbalar

Faydaları:

Yüngül və qaymaqlı şorbalar mədəni yormur və ürək bulanmanı yüngülləşdirər.

Toyuq suyu şorbası və ya kartof şorbası da  ürəkbulanmasına yaxşı təsir edə bilər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com