Elm çoxlu oyuncağı olan uşaqların diqqətsizlikdən əziyyət çəkdiyini sübut edib.
TurpKimi.com xəbər verir ki, alimlərin fikrincə, çoxlu oyuncağı olan uşaqlar oyun zamanı oyundan zövq ala bilmirlər.
ABŞ-ın Ohayo ştatındakı Toledo Universitetinin alimləri 36 körpə üzərində tədqiqat aparıblar. Uşaqlara əvvəlcə 4, sonra isə 16 oyuncaq veriblər.
Araşdırma göstərib ki, oyuncaqların sayı az olanda körpələr daha çox yaradıcılıq nümayiş etdiriblər.
Az oyuncağı olan uşaqlar bir-birləri ilə daha çox oynamağa vaxt sərf ediblər.
Alimlərin gəldiyi qənaətə görə, az sayda oyuncaqla təkrar-təkrar oynamaq uşaqların yaradıcılıq qabiliyyətini artırır və uşaqları diqqətli olmağa hazırlayır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com