Uşağa qoyulan adın mənasını buradan öyrənin - Qadağan olunmuş adlar


Bu il Azərbaycanda valideynlər tərəfindən uşaqlara qoyulması tövsiyə edilməyən adlar açıqlanıb.

usaga-qoyulan-adin-menasini-buradan-oyrenin
04.03.2020 20:58 1 dəq oxuma

Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat orqanlarına müraciətlər edilərkən, məsələn, Satia, Meysən, Vulkan, Leysan, Tayfun, Meynə, Aureleya və digər bu kimi adların qoyulması tövsiyə edilməyib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə yeni doğulan uşaqlara ad qoyulması ilə bağlı müraciət edən vətəndaşlara adətən milli adlara üstünlük verilməsi tövsiyə olunur:

"Valideynlərə övladlarına gülüş doğuran, çətin tələffüz olunan, uşağın mənafeyinə xələl gətirə biləcək və yaxud cinsinə uyğun gəlməyən ad seçməmələri məsləhət görülür".

Eyni zamanda yeni doğulan uşaqlara ad qoyulmasında valideynlərə kömək göstərilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən "Adın mənası" elektron xidməti

http://exidmet.justice.gov.az:8284/VVA/Names

 vasitəsilə Azərbaycan adları, onların mənası və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya almaq mümkündür.

loading...