Uşağı telefon və planşetdən əl çəkməyən valideynlər üçün - SADƏ MƏSLƏHƏT


Uşağınızın yaşını 4-ə bölün və çıxan nəticəyə uyğun hərəkət edin.

usagi-telefon-ve-plansetden-el-cekmeyen-valideynler-ucun
13.05.2022 09:27 2 dəq oxuma

Mütəxəssislər nəzarətsiz və həddən çox istifadə olunan texnologiyanın uşaq üzərində ciddi zərərləri olduğunu bildirir. Ekran qarşısında keçirilən uzun saatlar uşaqların fiziki görünüşlərinə də yansıyır.

TurpKimi.com bildirir ki, türkiyəli pedaqoq Dr. Adəm Günəş  bu barədə verdiyi açıqlamasında valideynlərə xəbərdarlıq edib. Tanınmış pedaqoq valideynlərə uşaqların texnoloji vasitələrdən istifadə edəcəkləri müddəti necə hesablayacaqlarını da izah edib:

"Bəzi ana-atalar uşaqları texnoloji cihazlara yönələndə gərginləşir, narahat olur və uşaqları ilə dalaşırlar. Halbuki texnoloji cihazlar uşaq yeyən canavar deyil. Hələ yaz tətili kimi bir dövrdə uşaqların texnoloji vasitələrdən istifadəsi kifayət qədər normaldır. Normal olmayan şey, texnologiyadan həddən çox istifadə etməkdir. Hətta bəzi valideynlər bunun üçün nə qədər vaxt ayrılmalı olduğuna cavab da axtarır".

Uşağın texnoloji vasitələrdən istifadə prinsipləri bunlardır:

1 – Tətildə uşağın texnoloji vasitələrdən istifadə müddəti yaşının 4-ə bölünməsiylə müəyyən edilir. Məsələn, 8 yaşında olan bir uşağın müasir texnologiya ilə məşğul olma müddətinin həddi; 8/4=2 saatdır. 12 yaşındakı uşağın gündəlik həddi isə 12/4=3 saatdır.

2 – 12 yaşından kiçik olan uşaqlar ən çox 1 saat tenxoloji vasitələrdən istifadə edə bilər.

3 – Yaşı 12-dən yuxarı olan uşaqlar isə 1,5 saat məşğul ola bilərlər.

4 – Uşaq gün ərzində texnoloji vasitəylə nə qədər vaxt keçiribsə, daha sonra onun 2 qatı qədər texnologiyadan uzaq durmalıdır. Məsələn, tabletlə 1 saat məşğul olan uşaq 2 saat texnoloji vasitələrdən uzaq qalmalıdır.

Yazılıb: 08.07.2019

Firuzə Alimova / TurpKimi.com